Yuxarı

Xəzərdə balıqlar niyə kütləvi şəkildə qırılır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Xəzər dənizi sahillərində və sahilə yaxın ərazilərdə monitorinq keçirilməsi və bu ərazilərin daim nəzarətdə saxlanılması barədə Nazirlik yanında Dövlət Baytarlıq Xidmətinə göstəriş verib.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu göstərişə uyğun olaraq Dövlət Baytarlıq Xidməti ölkənin Xəzər dənizi sahili rayonlarının baytarlıq idarələrinə telefonoqram göndərib. Telefonoqramda ölkəmizin dəniz sahili ərazilərində monitorinq keçirilməsi, ərazidə ölmüş və xəstəliyə şübhəli balıqlara rast gəlinərsə, onlardan baytarlıq-sanitariya tələblərinə uyğun nümunələrin götürülməsi, müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilməsi və bu ərazilərin daim nəzarətdə saxlanılmasına dair ciddi tapşırıq verilib.

Bu tədbirlərin görülməsində məqsəd mətbuatda İranın Mazandaran əyalətinin Xəzər dənizi sahillərində kefal balıqlarının ölüm hallarının günbəgün artması, balıqların virusa yoluxması və balıqlarda aşkarlanan xəstəliyin həm insan, həm də heyvanlar üçün təhlükəli olması barədə məlumatların yer alması olub.

Tarix
2014.03.06 / 14:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla