Yuxarı

Əhməd Vəliyev nurçu deputatlardan danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hər bir təhsil müəssisəsi özünün reklamını edirsə və yaxşı təhsil verdiyini insanlara çatdırırsa, burda qeyri-normal heç bir şey yoxdur. Bu piardır. Nurçu məktəblərdə isə təhsilin hansı səviyyədə olması haqqında elə də məlumat sahibi deyiləm".

Bu sözləri "Axar.az"a açıqlamasında Odlar Yurdu Universitetinin rektoru, millət vəkili Əhməd Vəliyev dedi. O bildirdi ki, nuçuların liseylərini bitirənlərdən rektoru olduğu universitetdə oxuyanlar yoxdur:

"Onların liseyləri ilə elə də əlaqəm yoxdur . O liseyləri bitirənlərdən bizim universitetin tələbələri arasında heç kim olmadığına görə, onların məzunlarının biliklərinin hansı səviyyədə olması haqqında nəsə deməyə çətinlik çəkirəm".

Nurçuların Azərbaycandakı təhsil sistemindən danışan millət vəkili həmkarlarının arasında nurçuların olması məsələsinə də aydınlıq gətirməyə çalışdı:

"İnsan gərək realist olsun. O prosesin içərisində olmadığım üçün millət vəkillərindən kimin onlarla birlikdə olmasını deyə bilmirəm. Gərək əlimdə sənəd olsun, fakt olsun. Mətbuatın yazdıqları hələ sənəd demək deyil. Millət vəkillərinin arasında nurçu olması haqqında yazılanların hansı düzdür, hansı səhvdir müəyyən eləmək çətindir".

Nurçuluqdan danışan milət vəkili dövlətin hər zaman nəzarəti öz əlində saxladığını bildirdi:

"Mənə elə gəlir ki, dövlət hər şeyə nəzarət edir. Ona görə də kimsə, dövlət əleyhinə iş aqparmaq istiqamətində harasa daxil olmaq və sair bu kimi şeylər düşünrsə belə, məncə Heydər Əliyev siyasəti üstündə qurulan bizim dövlətdə bu, mümkün deyil. Çünki güclü dövlətimiz və dövlətçiliyimiz var. Kimsə hər hansı bir təşkilata daxil olub, orda dövlətçililiymiz əleyhinə nəsə iş görəcəksə, əmin olun ki, bunun qarşısı qısa zamanda alınacaq".

Tarix
2014.03.06 / 14:17
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla