Yuxarı

Azərbaycanlı polkovnik Ukraynada döyüşə gedir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada rus işğalçıları ilə döyüşmək üçün Cövhər Dudayev adına xüsusi sülhməramlı dəstə yaradılır.

"Axar.az" xəbər verir ki, bu barədə informasiya mücahidlərə yaxın saytlarda yerləşdirilib.

Mətbuat yaradılmış sülhməramlı dəstənin rəhbərinin briqada generalı İsa Munayevin olduğunu yazıb. İsa Munayevin özü isə yayılan bütün informasiyaların hamısının doğru olduğunu mətbuata açıqlamasında bildirib:

"Elan yayılandan 20 saat sonra bizim elektron ünvanımıza Gürcüstan, Azərbaycan, Polşa, Litva, Estoniya, İsveç, İngiltərə, Norveç, Danimarka, Fransa, Avstriya, Finladiya və hətta Rusiyanın özündən insanlar müraciət edərək, burada iştirak etmək istədiklərini bildirdilər".

O, həmçinin müraciət edənlər sırasında ABŞ-ın məşhur ictimai siyasi xadimi Serqey Melnikov, azərbaycanlı hərbi siyasi xadim İsa Sadıqov, hərbi jurnalist Həsən İsayev, Yaponiyadan Şamil Tanaka və digərlərinin olduğunu bildirib.

Qeyd edək ki, Krımdakı hadisələrlə əlaqədar Çeçenistanın hazırkı Prezidenti Ramzan Kadırov Rusiyanı müdafiə etmişdi. Ukrayna mətbuatı isə Çeçenistanda olan "Vostok" hərbi hissəsinin əsgərlərinin Krımda olması ilə bağlı xəbər yaymışdı.

Onu da qeyd edək ki, Çeçen İçkeriya Respublikası SSRİ-nin süqutundan sonra çeçenlərin yaratdığı dövlətin adı olub. Dövlət uzun müddət öz azadlığı uğrunda Rusiya ilə mübarizə aparmış sonda ruslar tərəfindən işğal edilib. 2007-ci ildə özünü ÇİR-in rəhbəri elan edən Doku Omarov onun adını dəyişdirərək "Qafqaz İmarəti" adlandırıb. Hazırda ÇİR Rusiya tərəfindən terroçu təşkilatlar sırasında daxil edilib.

Xatırladaq ki, polkovnik İsa Sadıqov 1993-1995-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirinin döyüş əməliyyatları üzrə müavini vəzifəsində çalışıb.

Tarix
2014.03.06 / 13:27
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla