Yuxarı

Adı nurçuların sırasında hallanan vəhabi deputatlarımız – Şok

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda adları "nurçu deputatlar" siyahısında hallanan millət vəkillərinin bəziləri vəhabi təriqətinə mənsubdur.

Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Ərəstun Oruclu dedi. Onun sözlərinə görə, Azərbaycanda gündəmə gətirilən nurçuluq söhbəti kompromat savaşının bir parçasıdır və bəzən bu savaşda yanlış xəbərlərdən istifadə olunur: "Son dövrlər deputatlarla bağlı açıqlanan siyahıya əsasən bunu deyə bilərəm. Mənim o siyahıda tanıdığım ən azı 5-6 deputat var ki, onların vəhabi olduğuna əminəm".

Nurçular gizli kaset yaya bilərmi?

Nurçuların Türkiyədə olduğu kimi, burda da açıq mübarizəyə başlama və strategiyalarına uyğun gizli səs yazısı və kasetlərdən istifadə imkanlarına toxunan Ərəstun Oruclu bunu etmək üçün onların yetərli səviyyədə Azərbaycanda oturuşmalarına inanmadığını bildirdi:

"İnanmıram ki, nurçular Türkiyədəki kimi Azərbaycan dövlətinin də içinə sızmış olsunlar və bu qədər kompomat toplaya bilsinlər. Hətta hər hansı kompromatları varsa belə, onu silaha çevirəcəklərini də ehtimal etmirəm. Azərbaycanda sistem Türkiyədən fərqlənir. Belə bir hal olarsa, nəticəsi nurçular üçün çox ağır olar".

Qeyd edək ki, son günlər Azərbaycanda nurçularla birgə fəaliyyət göstərən siyasətçilərlə əlaqədar mediaya müxtəlif mənbələrdən sənədlər sızdırılır. Son sızdırılan məlumatda isə parlamentdə 24 deputatın Fətullah Gülənlə əməkdaşlığından bəhs edilmişdi.

Tarix
2014.03.06 / 12:11
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla