Yuxarı

Sarkozinin Fransanı silkələyən səs yazısı ortaya çıxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın keçmiş prezidenti Nikola Sarkozinin ortaya çıxan səs yazıları ölkə gündəmini əməlli-başlı qarışdırıb.

"Axar.az" xəbər verir ki, ölkənin satirik "Le Kanard Anşen" qəzeti Sarkozinin 2007-2011-ci illərdə Yelisey Sarayında qeydə alınmış 4 səs yazısını yayımlayıb.

Şəxsi söhbətləri cibində gizlətdiyi diktafonla yazan şəxsin Sarkozinin ən inandığı adamlardan biri olan jurnalist Patrik Buisson olması isə qalmaqala səbəb olub.

Səs yazılarının içində ən önəmli mövzu Sarkozinin öz nazirlərini təhqir etməsi olub. Keçmiş prezident onları ağır formada təhqir edərək, bacarıqsız olduqlarını deyib.

2011-ci ilin fevralın 27-də qeydə alınmış səs yazısında isə komandası ilə dəyişəcək nazirlərlə bağlı müzakirə aparan Sarkozi çöldə gözləyən jurnalistləri "hürən itlər" adlandırmışdı.

Buisson həmçinin, Sarkozini evində və avtomobilində də dinləyib.

Səs yazıları içərisində keçmiş birinci xanım Karla Bruninin də danışıqları var. Bruni prezident seçkilərindən sonra reklam filmlərinə çəkilmək istədiyini bildirib.

Sarkozi isə ən yaxın adamı kimi tanıdığı Buissonun bu addımını xəyanət adlandırıb.

Tarix
2014.03.06 / 12:08
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla