Yuxarı

Putinin sevimlisi zorlamada şübhəli bilinir

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva sakini qarışıq döyüş növü üzrə idman ustası Aleksandr Yemelyanenko tərəfindən zorlandığı barədə müvafiq qurumlara şikayət edib.

"Axar.az"ın məlumatına görə, Moskva şəhər hüquq mühafizə orqanları jurnalistlərə bildirib ki, "02" nömrəsinə şikayət zəngi martın 5-də daxil olub.

Yemelyanenkodan məsələ barədə münasibət öryənmək istəyi jurnalistlərə baha başa gəlib. Kameralarını əllərindən alan Yemelyanenko media nümayəndələrinə əməllicə fiziki güc tətbiq edərək, onları döyüb.

Xatırladaq ki, idmançı ilə bağlı oxşar hal ilk dəfə deyil. Hələ 2013-cü ildə 32 yaşının qeyd olunması münasibəti ilə 23 yaşlı tələbəni qonaq dəvət edən Yemelyanenko qızı zorlayaraq, səhərə qədər evində saxlamışdı. Yalnız müəyyən pul təklifi müqabilində o, tələbənin polislərə etdiyi şikayətdən yaxasını qurtara bilmişdi. Nəticədə zorlanmaya məruz qalan qız ərizəsini geri götürməli olmuşdu.

Yemelyanenko təyyarədə dava salmaqdan tutmuş kefli halda yaxından keçənlərə qarşı nalayiq söyüşlər işlətməyə qədər, müxtəlif macəraları ilə tez-tez gündəmə gəlir.

Aleksandr və Fyodr Yemelyanenko qardaşları Rusiya Prezidenti Vladimir Putinin sevimli idmançıları, dostudurlar. Fyodr Yemelyanenko Soçi Olimpiya oyunlarının açılış mərasimində rəmzi çarxlarının birinin baş qəhramanı rolunda çıxış edib.

Tarix
2014.03.06 / 11:51
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

İlham Əliyevin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla