Yuxarı

“Azərkimya” da kütləvi ixtisara başladı – Özəl

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR-ın tərkibində olan "Azərkimya" şirkətindən 800 nəfər işdən çıxarılacaq.

Bu barədə informasiya "Axar.az"a ARDNŞ-dəki etibarlı mənbələrdən verilib.

Mənbə ixtisarların ARDNŞ-in keçirdiyi attestasiya imtahanları ilə əlaqədar olduğunu deyib. O, "Azərkimya" şirkətinin tərkibində olan zavodların bağlanmasından sonra işçilərin keyfiyyətinin yoxlanılması üçün bu addımların atıldığını bildirib:

"Azərkimya" şirkətinin tərkibində olan zavodların əksəriyyəti bağlanıb. Hazırda yeganə fəaliyyət göstərən zavod Etilen Politilen Zavodudur. Digərləri isə artıq sökülür. Bundan başqa isə Təmir Tikinti Müəssəsi də var. Etilen Politilen Zavodunun özündə də iki sexin fəaliyyətinə son qoyulub. Hazırda bu müəssələrdə həddindən artıq sıxıntı var".

Mənbə həmçinin SOCAR-dan verilən açıqlamada deyildiyi kimi, "Azərkimya"da da attestasiya imtahanının keçiriləcəyini və attestasiyada iştirak etmək istəməyənlərə 5 aylıq əmək haqqını götürüb getmək təklif olunduğunu söylənilib. O, işdən çıxarılanların sayının mayın əvvəlinə qədər dəqiq müəyyənləşəcəyini deyib. Hazırda bu şəxslərin sayının 800 nəfərə qədər olacağı nəzərdə tutulub.

Qeyd edək ki, SOCAR rəhbərliyi də bir müddət öncə verdiyi açıqlamada idarənin nəzdində olan şirkətlərdə ixtisarların olacağını demişdi. Əsas kimi isə işçi keyfiyyətinin yüksəldilməsi göstərilir.

Tarix
2014.03.06 / 10:35
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla