Yuxarı

Lökbatanda kütləvi zəhərlənmə ilə bağlı cinayət işi açıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsində bir neçə beşmərtəbəli yaşayış binasında təbii qazdan baş verən kütləvi zəhərlənmə ilə bağlı Bakı şəhər prokurorluğunda cinayət işi açılıb.

Bu barədə Trend-ə hüquq-mühafizə orqanlarından məlumat verilib.


Qeyd edək ki, martın 5-də Lökbatan qəsəbəsində V.Əsgərov keçəsindəki bir neçə yaşayış binasının sakinləri arasında kütləvi zəhərlənmə qeydə alınıb.

Hadisə yerindən daha öncə bildiriblər ki, sakinlərin ən azı 80-dən artığı təbii qazdan zəhərlənib. Buna səbəb qazın kəsilməsi, sonradan isə buraxılması olub.

"Azəriqaz"dan" daha öncə verilən məlumata görə, insanların zəhərlənməsi odorant maddəsinin həddən artıq yüksək dozası nəticəsində baş verib. Bu maddə təbii qaza əlavə olunur və qazın sızmasının müəyyən edilməsində istifadə olunur.

"Azəriqaz" İstehsalat Birliyi (İB) və ARDNŞ-nin Qaz İxracı İdarəsi qazın tərkibinə həddən artıq odorant maddəsinin əlavə edilməsinin səbəblərini araşdırır.

Qeyd edək ki, qeyri-rəsmi məlumata görə, sakinlərdən biri dünyasını dəyişib. Lakin onun təbii qazdan zəhərlənmədən və yaxud başqa səbəbdən öldüyü dəqiq bilinmir.

Tarix
2014.03.06 / 10:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla