Bu ölkə Ukrayna üçün yarım milyon mərmi aldı - Stoltenberq
00:50
Ana səhifə Toplum |
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizi atəşə tutublar.
"Axar.az" Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Şıxlar, Kəngərli, Yusifcanlı, Cəbrayıl rayonunun Mehdili, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
Tarix
2014.03.06 / 09:55
|
Müəllif
Axar.az
|