Yuxarı

Obama: “Rusiya öz cəzasını çəkməyə başlayıb”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obama və Böyük Britaniyanın baş naziri Devid Kemeron hesab edirlər ki, Rusiya Ukraynadakı hərəkətlərinə görə artıq əvəz ödəməyə (itkilərə məruz qalmağa) başlayıb.

APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə iki lider arasındakı telefon danışığına dair Ağ Evin yaydığı açıqlamada deyilir. Hər iki lider Rusiyanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü pozmasından ciddi narahatlığını ifadə edib. Onların fikrincə, hazırkı vəziyyət qəbuledilməzdir. "Moskva artıq öz hərəkətlərinin əvəzini ödəməyə başlayıb, Rusiyadakı investisiya mühitinə inam azalıb", - deyə açıqlamada bildirilir.

Britaniya baş nazirinin dəftərxanası da Kemeron və Obamanın telefon danışığı ilə bağlı rəsmi məlumat yayıb. Məlumata əsasən ABŞ prezidenti və Britaniyanın hökumət başçısı razılaşıblar ki, Rusiyanın Ukraynada bundan sonrakı istənilən hərəkətinin qarşısının alınması və gərginliyin azaldılması istiqamətində birgə işin davam etdirilməsi zəruridir. Qeyd edilib ki, hazırkı vəziyyət qəbul edilə bilməz, çünki Rusiya öz hərbçilərini Ukraynadan hələ geri çağırmayıb və Kiyevdəki yeni hakimiyyəti tanımaqdan imtina edir.

Tarix
2014.03.06 / 09:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla