Yuxarı

Azərbaycan səhnəsində 18+ tamaşa

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 11-də Gənc Tamaşaçılar Teatrının səhnəsində British Council Azərbaycan nümayəndəliyinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığı çərçivəsində dramaturq Martin MakDonaksın pyesi əsasında səhnələşdirilən "Lineyn trilogiyası" tamaşasının premyerası olacaq.

"Axar.az" xəbər verir ki, məşhur İrland dramaturqu, rejissoru, Oskar mükafatçısı Martin MakDonaksın 3 pyesi 1 gündə Azərbaycan səhnəsində oynanılacaq. Lineyn trilogiyası"nın özündə birləşdiyi üç pyes "Lineynin Gözəllik Kraliçası", "Konnemarada bir Kəllə" və "Yalqız Qərb" adlanır. 1994- ci ildə, "Lineynin Gözəllik Kraliçası" və "Yalqız Qərb" "Ən yaxşı pyes" nominasiyasında "Tony Award" mükafatına layiq görülüb.

Tamaşa İngiltərəli Yan Uilyam Den Boksun quruluşçu rejissorluğu ilə səhnəyə qoyulacaq.

Böyük Britaniyadan dəvət olunmuş teatr rejissoru Yan Uilem Van Den Boksla bərabər tamaşaya üç yerli rejissorumuz Ayla Osmanova, Sərvər Əliyev, Gülnar Hacıyeva və on iki Azərbaycan aktyorları ilə əməkdaşlıq yolu ilə Bakıda – Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bu üç qara komediyanın səhnələşdirilməsi prosesinə bədii rəhbərlik edir.

"Lineyn Trilogiyası"

Saat 12:00-da "Gözəllik kraliçası" oynanılacaq. Tamaşada iştirak edirlər: Şəfəq Əliyeva, Zülfiyyə Əliyeva, Elşən Rüstəmov, Eşqin Quliyev.

Saat 16:00-da "Konnemarada bir kəllə" oynanılacaq. İştirak edirlər: Qurban İsmayılov, Naibə Allahverdiyeva, Manaf Dadaşov, Vüqar Məmmədəliyev.

Saat 19:00-da "Yalqiz qərb" oynanılacaq. İştirak edirlər: Vüsal Mehrəliyev, Rasim Cəfər, Anar Səfiyev, Nigar Bahadırqızı.

Biletləri GTT-nın və şəhərin bütün kassalarından əldə etmək olar. Biletlərin qiyməti 5 AZN-dir.

Qeyd edək ki, tamaşalar +18-dur.

Tarix
2014.03.06 / 08:50
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla