Yuxarı

SOCAR-dan nurçularla bağlı qəti qərar – Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Fətullah Gülənin liderlik etdiyi xidmət hərəkatının Azərbaycandakı təhsil müəssisələrində kadr siyasətinə SOCAR birbaşa nəzarət edəcək".

Bu barədə "Axar.az"a SOCAR-dakı mənbələrdən məlumat verilib. Məlumatda deyilir ki, Dövlət Neft Şirkəti ötən ilin mart ayında Bakıdakı türk təhsil müəssisələrini bir mərkəzdə birləşdirəndən sonra, SOCAR adı çəkilən təhsil müəssisələrində kadrların attestasiyasını keçirmək üçün plan hazırlayıb. Məktəblərin nurçu idarəçiliyindən təmizləməsi və onların yerinə azərbaycanlı kadrların yerləşdirilməsi üçün qəti addımlar atacaq.

Qeyd edək ki, Çağ Öyrətimin türk təhsil sistemi ilə işləyən 11 məktəbi, 13 hazırlıq kursu (Araz) və Qafqaz Universiteti SOCAR-ın yaratdığı Azərbaycan Beynəlxalq Təhsil mərkəzinin tərkibinə birləşdirilib və SOCAR bu müəsisələrin təsisçilərindən biri kimi əsas paya sahibdir.

Tarix
2014.03.06 / 01:02
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla