Yuxarı

Cenevrə avtoşousunda həyacan başladı - Fotolar

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropanın ən əhəmiyyətli avtomobil şousu olan 84-cü Cenevrə avtomobil sərgisi başladı.

Sərgi bu il 74-ü dünya, 36-sı avropa olmaqla 100 yeni modelin təqdimatına ev sahibliyi edir.

"Axar.az" xarici mediaya istinadən xəbər verir ki, sabah ziyarətçilərin üzünə qapı açacaq sərginin bu il ən diqqət çəkən tərəfi kiçik A sinfinə aid nəqliyyat vasitələrinin nümayiş olunmasıdır. "Smart", "Toyota Aygo" və "Fiat 500" bu sinfin son illərdə satışı daha çox olan modelləri olmasına baxmayaraq digər modellər də rəqabətə qoşulub.

Cenevrədə "Renault Twingo", "Peugeot 108", "Citroen C1", "Toyota Aygo", "Opel Adam Rocks" və "Suzuki Celerion"un təqdimatı olub. Bunlardan əlavə digər markalar da öz ekonomik modellərini sərgiləyib.

550 min avroluq "Ferrari"

"Ferrari"nin illər sonra ilk dəfə turbo mühərriklə təchiz etdiyi "California T" modeli 8 silindrli, 3.855 cc , 560 at gücünə malikdir. Satış qiyməti 550 min avro olan avtomobil üçün artıq 3 sifarişin verildiyi bildirilib.

Sərginin ən bahalı avtomobili

"Bugatti Veyron"un 4-cü versiyası olan "Rembrandt Bugatti Legend" Cenevrə sərgisinin ən bahalı avtomobili kimi diqqəti özünə çəkib. Avropada satış qiyməti 2 milyon avro olan avtomobildən yalnız 3 ədəd istehsal edilib ki, bu 3 modeldə sərgi öncəsi öz sahiblərini tapıb.

"Lamborghini Huraca"

Super idman avtomobil istehsalçısı olan "Lamborghini" də yeni modeli "Huraca"nın təqdimatını Cenevrədə keçirib. Sərgi öncəsi müəyyən yerlərdə tanıdılan "Lamborghini" bir ay ərzində 700 sifariş alıb.

Nümayiş olunan avtomobillərin fotoşəkillərini "Axar.az" oxucularına təqdim edirik.

Tarix
2014.03.06 / 00:48
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla