Yuxarı

Hillari Klintondan Putinə çox ağır sözlər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Rusiyanın Krımda həyata keçirdiyi siyasətin İkinci Dünya Müharibəsindən əvvəl faşistlərin siyasətinə bənzədiyini deyib.

"Axar.az" xəbər verir ki, Kaliforniyada ianə toplamaq üçün keçirilən tədbirdə çıxış edən Klinton bildirib ki, Hitler qonşu ölkələrdə yaşayan almanların hüquqlarını qorumaq adı altında həmin ölkələri necə işğal edirdisə, Vladimir Putin də Ukraynada eyni siyasəti aparır.

"Bunlar çox tanış mənzərədir. 30-cu illərdə də Hitler belə siyasət yeridirdi. Çexoslovakiya, Rumıniya və digər ölkələrdə yaşayan etnik almanlara qarşı xoş rəftar edilmədiyini bəhanə gətirərək xalqın qorunmasının vacibliyindən danışırdı", - deyə Klinton çıxışında bildirib.

Keçmiş dövlət katibi Putinin əsas vəzifəsinin Böyük Rusiya qurmaq olduğunu deyib: "Ukraynaya baxanda onun Ana Rusiyanın bir hissəsi olduğuna inanır".

Tarix
2014.03.06 / 00:14
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla