Yuxarı

Fərizənin intiharına pis baxan deputat

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisdə bir deputat var. Əvvəl TV-lərin birində aparıcılıq edirdi. İndi Parlamentin iclaslarında ağzını açıb danışmağa başlayandan sonra spiker başda olmaqla bütün millət vəkilləri az qala açıq şəkildə deyirlər ki, sən danışmasan, daha yaxşı olar...

Hə, düz tapdınız. Söhbət Etibar Hüseynovdan gedir. Parlamentin dünənki iclasında deputatın verdiyi təklifə diqqət edin: "Ukraynada, Maydanda Azərbaycanın bayrağı dalğalanır. Rusiya telekanalları da bunu dəfələrlə nümayiş etdirir. Hesab edirəm ki, hər kəs Azərbaycan bayrağını qaldıra bilməz. Bu məsələ ilə bağlı bir addım atılmalıdır, bayrağı harda gəldi qaldırmağı qadağan edən hansısa sənəd olmalıdır. Bu barədə səfirliklərə məlumat verilməlidir".

Spikerin cavabı doğrudan da layiqli idi: "Etibar müəllim, sənin tormozun yoxdurmu?" Bunun qarşılığı bilirsizmi nədir? Yəni "Hər kəs Azərbaycan bayrağını qaldıra bilməz" nə deməkdir? Bu sözü deyən insan necə deputat seçilə bilər? Dövlət əhəmiyyətli qanunların qəbul olunmasında bu təfəkkür sahibi olan birisinin səsvermə hüququ fəlakətimizdən xəbər vermirmi? Etibar Hüseyn Ukrayna hadisələridən danışmazdan əvvəl bir neçə millət vəkili bu məsələyə toxundu. Spiker onlara bildirdi ki, bu məsələdə Azərbaycan bütün dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir və yaxşı olar ki, millət vəkilləri digər məsələlərdən danışsınlar. Etibar Hüseyn isə özü ilə gətirdiyi kağızdan çıxışını səsləndirməyə və yenidən Ukrayna hadisələri ilə bağlı danışmağa başladı. Kağıza yazdıqlarının özündən əvvəl deyilməyinə baxmayaraq, deputat həmin mövzuya yenidən qayıtdı. Sözün yoxdur, danışma! Nə məcburdur? Gərək mütləq çıxış edəsən? Bu adam Milli Məclisdə çıxış edəndə bilirsiniz kimlərə bənzəyir? Əlində təsbəh səhərdən axşama qədər çayxanada oturub ABŞ-ı "niprav" çıxaranlara...

Prezident seçkiləri ərəfəsində deputatın parlamentdən dediyi sözlərə fikir verin: "ATƏT-in rəyi dəysin başlarına. Onların hansı yuvanın quşu olmasını neçə illərdir ki, Qarabağ məsələsində tutduqları mövqe ilə görmüşük. Onları ümumiyyətlə? bu ölkədən qovmaq lazımdır. Şərəfsizlər"... Bu ritorika ilə dünya siyasətini incələyərlər? Belə açıqlama ilə də bəyanatlara reaksiya verərlər? Bu ki kənd arvadlarının bulaq başındakı qarğış-qeybətindən o yana keçmir! Sonra da Etibar Hüseyn sosial şəbəkədə tez-tez gənclərin ona olan nifrətindən yazır və deyir ki, səbəb "bu hakimiyyətin, Prezident İlham Əliyevin siyasi yolunu dəstəkləməyimdir". Əvvəla, bu sözün özü ciddi yanlışlıqdır. Necə yəni, hakimiyyəti dəstəklədiyiniz üçün sizə nifrət edirlər? Bu, haradan çıxdı? Ölkənin saysız-hesabsız aktiv gənci Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyir. Bəyəm, onlara nəsə deyən var? Bununla nə demək, kimi yanıltmaq istəyirsiz? Olduqca absurd fikirdir!

Bəlkə, "əks tərəfdə olan, fərqli düşünən gənclər" nəzərdə tutulur? Hətta həmin gənclər nəzərdə tutulursa da, yenə yanlış yanaşmadır. İqtidarı dəstəkləyənlərin heç biri başqa cür düşünən gənclərin hədəfində deyil. Məsələn? Elə biri Aydın Mirzəzadə... Sosial şəbəkələrdə ən radikal adamdan belə Aydın Mirzəzadənin şəxsiyyətini alçaldan bir cümləyə rast gəlməzsən. Deməli, Etibar Hüseynin sosial şəbəkələrdə gülüş hədəfinə çevrilməsinin səbəbi ayrıdır və bu ayrı səbəb elə bayraq məsələsində özünü göstərdi.

Deputat bir neçə ay öncə 20 Yanvar faciəsinin sevgi qəhrəmanı olan Fərizə ilə bağlı da ağlasığmaz fikirlər səsləndirmişdi. Vətən uğrunda şəhid olan sevgilisi və sevgisi uğrunda şəhidliyi seçən bir xanım barədə "Fərizəyə bəraət qazandırmaq olmaz" deyən millət vəkili, yaxşı olar ki, öz həyatına baxsın. 23 il bundan əvvəl Fərizə intihar edəndə onun 20 yaşı var idi. Bir cəsarətli addımı ilə 9 milyonun rəğbətini, sevgisini qazanıb Fərizə - çünki əxlaqa, milli dəyərə uyğun addım atmışdı. Etibar Hüseynov ondan sonra 23 il də yaşayıb, neçə nəfərin sevgisini, ehtiramını, etibarını qazanıb? Azərbaycanın neçə faizi içində tanınır? İlhamın, Fərizənin olduğu mərtəbədə hansı birimiz Etibar Hüseynovu görə bilərik?

Hər kəs öz işi ilə məşğul olsa, yaxşı olar. Yəqin ki, 2015-ci il parlament seçkilərindən sonra Etibar Hüseyn də öz işiylə məşğul olacaq...

Tarix
2014.03.05 / 22:00
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Mustafa Dəstəçi: “Ermənilər Türkiyədən deportasiya edilməlidir”

Türkiyəli deputatlar vurulan helikopterdən danışdı - Özəl

İngilis jurnalistin Türkiyədən qalmaqallı araşdırması - Fotolar

Azərbaycanlı tələbələr Türkiyədə aksiya keçirdi - Foto

ABŞ İŞİD-i Türkiyə ərazisindən vuracaq - Müqavilə

Gecə toqquşmaları 12 can aldı – Türkiyə/Video

Dekan rüşvət verməyən tələbə qızı təhqir etdi - Bakıda

Lənkəranda polisi öldürənlər tutuldu

Pulsuz dövlət xəstəxanalarında müayinə neçəyədir? – Qiymətlər

“Ata, zəng etdim ki, milyon qazandığımı deyəm” - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla