Yuxarı

Lökbatanda ölənlərin 8 nəfər olduğu xəbəri yayıldı - Yeniləndi (6)

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

21:05

Bir neçə dəqiqə öncə Feysbuk sosial şəbəkəsində qorxunc bir xəbər yayılıb.

Feysbuk sosial şəbəkəsindəki "Yığışın - Söhbət Var" səhifəsində belə bir xəbər paylaşılıb: "ŞOK XƏBƏR ALDIQ İNDİCƏ ! Lökbatanda zəhərli qaz buraxılıb. Ölənlər və yaralananlar durmadan artır - deyirlər. Lökbatandan olanlar qazı AÇMIYIN. Dəqiqləşdirməyə çalışırıq xəbəri"

Biz hazırda bu xəbərin doğru olub-olmadığını dəqiqləşdirməyə çalışırıq. ("Musavat.com")

21:28

Lökbatanda kütləvi qaz zəhərlənməsinin olması barədə məlumatlar təsdiqləndi.

Lökbatan qəsəbəsində təbii qazın veriliş zamanı əlavə edilən qatqılar normadan bir qədər yüksək olub. Ona görə də, insanlar arasında zəhərlənmə halları baş verib.

Rəsmi mənbələr ölənlərin olması barədə məlumatları təsdiqləmir. Və zəhərlənən insanların təcili yardım maşınlarıyla Qaradağ rayon xəstəxanasına daşındığı bildirilir.

Hadisə ilə bağlı fotolar və əlavə məlumatlar tezliklə saytımızda olacaq. ("Musavat.com")

22:31

"Axar.az" APA-ya istinadən xəbər verir ki, Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində kütləvi zəhərlənmə baş verib.

Hadisə qəsəbənin Vilayət Əsgərov küçəsində baş verib. Bu küçədəki 4 beşmərtəbəli yaşayış binasında qazdan kütləvi zəhərlənmə olub.

Sakinlər bildirilib ki, bu gün saat 19 radələrində qaz kəsilib. Bir saat sonra isə binalara qazın verilişi yenidən bərpa olunub. Bu vaxt qazdan kəskin qoxu gəlib. Bu qoxu kütləvi zəhərlənməyə səbəb olub.


Məlumata görə, dörd binada yaşayan sakinlərdən 100 nəfərə qədəri zəhərlənib. Hadisə yerunə ilkin olaraq 30-a yaxın təcili tibbi yardım briqadası cəlb olunub. Eyni zamanda sakinlər özləri də şəxsi avtomobillərlə xəstəxanalara müraciət edirlər.

Hadisə yerinə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov da gəlib.

İcra başçısı bildirib ki,özü məsələ ilə məşğuldur: "Rayon hüquq-mühafizə orqanlarının, eyni zamanda "Azəriqaz"ın rayon idarəsinin məsul şəxsləri də hadisə yerindədirlər. Araşdırma aparılandan sonra ətraflı məlumat veriləcək".

Hadisə yerində olan "Azəriqaz" İstehsalat Birliyinin Qaz Satışı İdarəsinin rəisi Vaqif Namazovun bildiridiyinə görə, ilkin araşdırma zamanı təbii qaza vurulan aderant maddəsinin miqdarının qədərindən artıq olduğu müəyyənləşdirilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları da hadisə yerinə gəliblər. Onlar ərazidə radioloji, kimyəvi, bioloji, bakteroloji səyyar mobil laborotoriya quruşdırıblar və araşdırmaya başlayıblar.

Hadisə yerində gəlmiş təcili tibbi yardımın həkimlər isə bildiriblər ki, aderantın yaratdığı zəhərlənmə öldürücü deyil. Bu zəhərlənmə xəstədə halsızlıq, başgicəllənmə və ürəkbulanması yaradır, ilkin tibbi yardım göstərilməsindən sonra isə xəstənin vəziyyəti normallaşır.

22:58

Lökbatanda qazdan zəhərlənən 18 nəfər Taksikoloji Mərkəzə aparılıb, onlardan biri hamilə qadındır.

Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasından verilən məlumata görə, hazırda 18 nəfər Lökbatan sakini Taksikoloji Mərkəzə aparılıb. Onların içində bir nəfər hamilə qadının olduğu deyilir.

Stansiyadan sayta onu da deyiblər ki, Lökbatanda 15-ə yaxın təcili yardım briqadası çalışır. Xəbərdə o da bildirilir ki, vəziyyət həddən artıq kritikdir. Təcili Tibbi Yardım Stansiyasından verilən xəbərdə daha sonra bildirilir ki, Bakının Yasamal, Səbail, Qaradağ və başqa rayonlarının təcili yardım briqadaları Lökbatana göndərilib. Stansiyadan zəhərlənənlərin arasında ölən olmadığı bildirilib. ("Musavat.com")

23:39

46 yaşlı Lökbatan sakini Nataşa Məmmədova evində qazdan zəhərlənərək dünyasını dəyişib. Qəsəbə sakinləri təşviş içindədir. Bu arada Qaradağ İcra Hakimiyyəti zəhərlənmənin qarşısını almaq üçün əhaliyə pusuz ayran paylayır. ("Aznews.az")

00: 55

"Minval.az" saytı Lökbatanda zəhərlənmə nəticəsində ölənlərin 8 nəfərə çatdığı barədə xəbər yayıb. Ölənlərdən 4-nün uşaq olduğu bildirilir.

Tarix
2014.03.05 / 23:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla