Yuxarı

Neft Fondu ittihamlara cavab verdi – Rəsmi

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq edilmiş "Neft və qaz gəlirlərinin idarəolunması üzrə uzunmüddətli strategiya"ya əsasən, neft və qaz gəlirlərindən daxilolmalar zirvə səviyyəsinə çatdıqda onların 25 faizdən az olmayan hissəsi yığıma yönəldilir".

Bu sözləri "Axar.az"a açıqlamasında Azərbaycan Dövlət Neft Fondununun mətbuat xidmətinin rəhbəri Cəmalə Əliyeva bildirdi. İqtisadçı ekspert Qubad İbadoğlunun neft gəlirlərinin idarəolunması strategiyasına əməl olunmaması ilə bağlı fikirlərinə münasibət bildirən fond rəsmisi qeyd etdi ki, neft və qaz gəlirlərindən daxilolmaların pik dövrü hələ başlamayıb.

Qeyd edək ki, Q.İbadoğlu bugünkü açıqlamasında neft gəlirlərinin idarəolunması strategiyasına əməl olunmadığını, Prezidentin 27 sentyabr 2004-cü il tarixli 128 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Neft və qaz gəlirlərinin idarəolunmasi üzrə uzunmüddətli strategiya"sının prinsiplərinin pozulduğunu, yığıma 25 faiz əvəzinə 9,4 faiz yönəldildiyini bildirmiş və Neft Fonduna irad tutmuşdu.

Tarix
2014.03.05 / 14:43
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla