Yuxarı

Baş konsulumuza “İlin diplomatı” mükafatı verildi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda Azərbaycan-Türkiyə dərnəklərinin və digər qeyri-hökumət təşkilatlarının, İstanbulda yaşayan türk və azərbaycanlı ziyalıların, elm və incəsənət adamlarının iştirakı ilə toplantı keçirilib.

Konsulluqdan "Publika.Az"a verilən xəbərə görə, toplantı zamanı dərnəklərin, diaspor təşkilatlarının və Azərbaycan-Türkiyə qardaşlığının güclənməsinə çalışan bütün soydaşların fəaliyyətinin Baş Konsulluqla əlaqələndirilməsinin və fəaliyyətin daha da genişləndirilməsinin zəruri olduğu vurğulanıb.


Toplantıda çıxış edən baş konsul Həsən Zeynalov son illərdə Baş Konsulluq tərəfindən görülmüş işlər, ümumi hədəflər istiqamətində qət edilmiş yol və əldə edilmiş uğurlar barədə qısa məlumat verib.

Azərbaycan Türkləri Mədəniyyət və Təhsil Vəqfinin (ATKEV) sədri Erol Göllü çıxış edərək bildirib ki, Azərbaycanla Türkiyə arasındakı əlaqələrin inkişafında, Azərbaycan həqiqətlərinin Türkiyədə yayılmasında, Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində dolğun məlumatların geniş kütlələrə çatdırılmasında, Xocalı soyqırımının tanıdılması işində, xüsusən bu ilin fevralında Türkiyənin Uşak şəhərində "Xocalı soyqırımı" abidəsinin açılmasında, bununla yanaşı Türkiyədəki soydaşlar arasında həmrəyliyin və əməkdaşlığın daha da möhkəmləndirilməsində baş konsul Həsən Zeynalovun xidmətlər onun rəhbərlik etdiyi Vəqf tərəfindən diqqətlə izlənir və yüksək qiymətləndirilir.



E.Göllü bu fəaliyyəti nəzərə alaraq ATKEV İdarə heyətinin baş konsulu "İlin diplomatı" adına layiq gördüyünü bildirib. Sözünə davam edən Vəqf sədri ATKEV İdarə heyəti adından baş konsula "İlin diplomatı" mükafatını təqdim edib.


Daha sonra tədbirdə İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Qaraqoyunlu, "İpəkyolu" Media Qrupunun sədri Seyfulla Türksoy, İstiqlal müharibəsinin qəhrəman generalı Kazım Karabekirin qızı Timsal Karabekir, şair Abbas Gökçe, ATKEV İdarə heyətinin üzvü Neşe Doster, professor Adil Allahverdiyev və digər şəxslər çıxış edərək soydaşların, Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə çalışan bütün vətənpərvərlərin birləşdirilməsi naminə, habelə iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etdirilməsi, Azərbaycan reallıqlarının, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərinin Türkiyədə işıqlandırılması istiqamətində Baş Konsulluq və bilavasitə baş konsul tərəfindən göstərilən səyləri yüksək qiymətləndiriblər.


Mükafatı qəbul edən H.Zeynalov soydaşlarımız tərəfindən ona və rəhbərlik etdiyi kollektivə göstərilən etimada və fəaliyyətlərinin yüksək qiymətləndirilməsinə görə təşəkkürünü bildirib. Toplantı iştirakçılarına xitabən, Baş Konsulluqla əməkdaşlıq edən dərnəklərimiz və soydaşlarımız olmadan heç bir nəticə əldə etməyin mümkün olmayacağını vurğulayan H.Zeynalov bu mükafatın şəxsən onun üzərinə əlavə məsuliyyət qoyduğunu və vəzifə borcunu yerinə yetirərkən səylərini daha da artırmağa və fəaliyyətini genişləndirməyə stimul verdiyini söyləyib.

Tarix
2014.03.05 / 12:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla