Yuxarı

Ən böyük kitab dükanı açılır – Sürprizlər var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 16-da saat 15:00-da "Kitabevim.az" Mağazalar Şəbəkəsinin yeni kitab marketinin açılışı olacaq.

Açılış günü marketdəki bütün kitablara 20 faiz endirim tətbiq olunacaq.

Minlərlə kitabın satışından əlavə "Kitabevim.az" kitab marketində oxucu klubu və müxtəlif şirkətlərin himayəsi altında hazırlanan "Qoy-götür" guşəsi də təşkil olunacaq. Layihənin məqsədi kitab satışından çox, mütaliənin təbliğatını həyata keçirməkdir.

Yeni kitab marketində "Günün, həftənin, ayın kitabı" adlı guşə də təsis olunub və bu guşəyə yerləşdirilən kitablar maya dəyərinə satılacaq. Burda yerli və xarici ədəbiyyata aid kitablar tapmaq olar. Eyni zamanda, imza günləri keçirilməsi üçün geniş bir guşə də nəzərdə tutulub. Bu guşədə həmçinin müxtəlif seminarlar, diskussiyalar və yazarların oxucularla görüşləri təşkil olunacaq.

"Kitabkafe" guşəsində isə kitabsevərlərin istirahəti üçün şərait yaradılıb. Bununla yanaşı, kitab marketinin "elektron kitab" bazası da olacaq və müştərilər üçün müvafiq şərait yaradılıb.

Kitabsevərlərin davamlı yararlanması üçün hədiyyə kartları da təsis edilib və oxucular güzəştli faizlərlə kitab almaq imkanı qazanacaqlar.

"Oxucu klubu" guşəsində isə şəxsiyyət vəsiqəsi təqdim etməklə, hər hansı kitabı müəyyən müddətə oxumaq üçün götürmək mümkündür.

Qeyd edək ki, yeni "Kitabevim.az" Kitab Marketi "28 May" stansiyası yaxınlığında, Puşkin 26A ünvanında, "AK Center"in 2-ci mərtəbəsində yerləşir.

Tarix
2014.03.05 / 12:31
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Ermənistan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla