Yuxarı

Rusiya əleyhinə çıxış edən aparıcı işdən qovuldu - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın beynəlxalq "Russian Today" telekanalının baş redaktoru Marqarita Simonyan işdən qovulan "Breaking the Set" proqramının aparıcısı Ebbi Martindən danışıb.

"Axar.az"ın məlumatına görə, erməni redaktor öz əməkdaşının telekanaldan uzaqlaşdırılmasını onun Amerika təbliğatının qurbanı olması ilə izah edib: "Biz jurnalistlərimizə qurşaqdan aşağı zərbə vurmuruq. Ebbi düşündüyü kimi hadisələrə şərh verib. Düşünürəm ki, Ebbi Ukrayna və Krımda baş verən hadisələrlə bağlı Amerikanın yanlış təbliğatının qurbanı olub".

Qeyd edək ki, Ebbi Martin aparıcılıq etdiyi "Breaking the Set" proqramında Ukraynadakı hadisələrə görə Rusiya rəhbərliyini ciddi tənqid edərək, bunu əsl təcavüz adlandırıb. O deyib ki, Rusiya telekanalında işləməsinə baxmayaraq, ürəyi hər zaman ukraynalılarla bir yerdədir: "Mən Ukrayna xalqını tanımıram və onlar haqqında geniş bilgim yoxdur. Lakin mən istənilən silahlı müdaxiləyə qarşıyam. Mən burada oturub heç kimdən üzr istəyib yaxud hərbi aqressiyanı müdafiə etməyəcəm".

Məhz bu çıxışına görə də xanım jurnalist işdən qovulub.

Dövlət büdcəsindən maliyyələşən "Russian Today" telekanalı 2005-ci ildən fəaliyyətə başlayıb, xarici ölkələrdə Rusiyanın maraq və mövqelərini müdafiə edir. Bir neçə dildə yayımlanan bu kanalı Rusiyanın "Əl–Cəzirəsı" sayırlar. Aparıcı Ebbi Martinin belə möhtərəm bir strateji telekanaldan Rusiyanı qınaması Kreml məmurlarını özündən çıxarıb.

Tarix
2014.03.05 / 12:10
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla