Yuxarı

ABŞ Azərbaycana maliyyə yardımını azaldır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət Departamenti 2015-ci ildə bir sıra dünya ölkələrinə maliyyə yardımı və bu ölkələrdə həyata keçiriləcək proqramlara ayrılacaq vəsaitin əks olunduğu büdcə layihəsini təqdim edib.

"Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, 2015-ci ildə Azərbaycana yardım yenidən azaldılacaq.

Belə ki, 2013-cü ildə ABŞ-ın Azərbaycana yardımı 16 milyon dollardan çox olsa da, 2014-cü ildə bu miqdar 15,5 milyona enib, 2015-ci ildə isə 12,7 milyon dollar təşkil edəcək. Bu məbləğin 9,6 milyonu iqtisadi dəstək, 800 min dolları hüquq-mühafizə orqanlarının narkoticarətlə mübarizəsinə, 600 min dolları beynəlxalq hərbi təhsil və təlimlərə, 1,7 milyonu isə xarici hərbi maliyyələşmə kimi ayrılacaq.

Qeyd edək ki, büdcəyə əsasən ABŞ 2015-ci ildə Ermənistana 24,7 milyon dollar, Gürcüstana isə 53,5 milyon dollar verəcək.

Tarix
2014.03.05 / 11:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla