Yuxarı

Mərkəzi Bank 3 bankı bağladı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Mərkəzi Bankı bu gündən etibarən ölkədə fəaliyyət göstərən 3 bankın – "Monolit", "Biznesin İnkişafı Bankı" və "Dağıstan"ın lisenziyasını ləğv edib.

"Axar.az" xəbər verir ki, hər 3 bank qanunvericiliyə riayət etməməkdə, çirkli pulların yuyulması və digər cinayətlərdə ittiham olunurlar.

Hələ fevralın əvvəllərindən etibarən "Monolit" bankı hesablarından pul çıxarılmasını məhdudlaşdırmışdı. Ayın sonunda isə bank Mərkəzi Bankın qərarına qədər bu əməliyyatları dayandırmışdı. Bank əmanətçiləri qarşısında götürdüyü öhdəliyi vaxtında yerinə yetirə bilməmişdi.

"Biznesin İnkişafı Bankı" da şübhəli əməliyyatlarda təqsirləndirildiyi üçün lisenziyası əlindən alınıb. Bankın 4.8 milyard rubl dəyərində şübhəli əməliyyat apardığı bildirilir.

Qeyd edək ki, hələ ötən ilin ortalarında prezident Vladimir Putinin Mərkəzi Banka yeni rəhbər təyin etməsindən sonra ölkədəki banklarda "təmizləmə" işləri aparılmışdı. 2013-cü ilin ikinci yarısından etibarən ölkədə 14 bankın lisenziyası alınmışdı.

Tarix
2014.03.05 / 10:32
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla