Yuxarı

Məşhur rejissorun 18+ filminə qadağa - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə dünya şöhrətli rejissor Lars fon Trierin "Nymphomaniac" (Seks düşkünü) filminin nümayişinə qadağa qoyulub.

"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu filmin nümayişə girməsinin qadağan olunma səbəbi kimi "əxlaqa zidd" və "pornoqrafik görüntü və dialoqların olması" göstərilib.

Ekrana çıxacaq filmlərin reytinqini aparan qurum səs çoxluğuyla 14 martda birinci hissəsinin yayımlanması planlaşdırılan Lars fon Trierin "Nymphomaniac" filminin ekrana çıxmağına icazə verməyib.

Qurum dünən filmi izləyərək səs çoxluğu ilə ekrana çıxamamasına qərar verib. Hər kəs filmin "18+" başlığı altında ekrana çıxacağını gözləyirdi, ancaq "Nymphomaniac" bu şəkildə belə ekranlara çıxa bilməyəcək.

Qeyd edək ki, bu filmdə 50 yaşlı qadının uşaqlığından etibarən kişilərlə olan əlaqələrindən bəhs edilir. Filmdə Şarlotte Qeynsburq, Stellan Skarsqard, Steysi Martin, Cemi Bel, Uma Turman, Uilyam Defo kimi məşhur aktyorlar rol alıb. "Nymphomaniac" filmi keçən ay Berlin Film Festiavlında göstərilmiş və tənqidçilər tərəfindən yaxşı qarşılanmışdı.

Tarix
2014.03.05 / 08:25
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla