Yuxarı

İçimə od salan yox...

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Və yaxud, soyuq dolur içimə...

Qəribədir, nədənsə həmişə dağ adamlarına qarşı bir hörmət hiss etmişəm özümdə. Həmişə doğma gəlib bu insanlar mənə. Ata, qardaş, ana, bacı bilmişəm özümə dağ adamlarını... Bəlkə də bunlar içimdəki qəriblikdən, gözlərimdəki nisgildən, ürəyimdəki havasızlıqdan əmələ gəlir.

Həmkarlarımızdan biri Gədəbəy rayonundan gələndə, İsmayıllıdan danışanda xəyallarım məni Dəlidağın bənövşəli qoynuna, xınalı daşlarına, dumanlı yoxuşlarına qoparıb aparır. Uşaq kimi sevinirəm. Elə bilirəm ki, mənim gözlərimlə baxıb gəliblər o dağlara. Onlar mənə doğma gəlir, tanış gəlir... Boynuma biçilən quzulamış həsrətimi onların dağ təəssüratları ilə bir anlıq unuda bilirəm...

Belə gözəl insanlardan olan şair-kardioloq Qalib Şəfahət təkcə şeirləri ilə deyil, həm də insani xüsusiyyətləri ilə bütün həmkarlarının hörmətini qazanıb həmişə hər iki sahədə... Şəxsiyyətini həkim kimi tanıdığım şairin vəzifəsi, peşəsi həkim olsa da, məşğuliyyəti yazıçılıq, şairlik olub.

"İçimə od salan yox" misrasını oxudum "Soyuq dolur içimə" şeirində. Belə qənaətə gəldim ki, Qalib qardaşımız içindəki təlatümü, poeziyanı hələ tam ifade edə bilmədiyi üçün dəniz kimi çırpınır, dalğalarla döyüşür, ürəyinin səsiylə şeir adlı sevgisini soraqlayıb gedir...

Poeziyamızın bu labirintli yollarında Qalib Şəfahətə uğurlar arzulayıram. Qoy qələmin iti olsun - ürəkləri sağaltdığın həbin qədər... Duyğuların günəş olsun - zülmətlərdən öləziyən ulduz boyda işıq qədər... Yaz, qardaş, yaz! Axı sən ürək həkimisən! Ürəkləri oxşa yaz!

Soyuq dolur içimə

Qışda soyuq ev kimi

Soyuq dolur içimə.

Səsim donub içimdə

Soyuq dolur içimə.

Nə talayan, talan yox,

Nə içimdə qalan yox.

İçimə od salan yox,

Soyuq dolur içimə.

Ay içimə azdıran,

Min bir yana yozduran,

Qızınmadım qızdıram –

Soyuq dolur içimə.

Qalmağa bir kəsi yox,

Kimi yox, kimsəsi yox,

Qapı pəncərəsi yox –

Soyuq dolur içimə.

Yırğalanmır beşiyim,

Çəkən yoxdu keşiyim,

Yiyəsiz ev-eşiyim –

Soyuq dolur içimə.

Bu dərd əlimdə soyuyub

Hənirti yox nəfəsimdə,

Bu dərd əlimdə soyuyub.

Əynimdə kirli görünür,

Görən, bu dərdi kim yuyub?

Çovğun-qarda ürək donur,

Hər əsəndə külək dolur.

Bu dərd məni fağır sanır,

Oyub, ürəyimi oyub.

Ta yada salmayır məni,

Vecinə almayır məni,

Yanımda qalmayır mənim

Daha bu dərd məndən doyub.

Axıb göz yaşımnan gedib,

Çəkilib qaşımdan gedib,

Əkilib başımdan gedib,

Məni yenə düzdə qoyub.

Bir misra qədərdi bizim eşqimiz

Tək bircə misralıqdı eşqimiz,

Sonu şeir olmayan misra qədər…

Amma tez əzbərləmək olar,

Tez itirmək qədər…

Bir misra içində çabalayırıq,

Hələlik yol tapmırıq

Nəğmə kimi oxunmağa,

Ya da şeir olmağa.

Bircə misra boydadı boyumuz,

Bircə misrada boğuluruq biz.

Bircə misra

Qazamatdan betərdi bizə.

Darlıq edir ikimizə…

Sahib ola bilmirik

Bir misralıq eşqimizə.

Nə əlimizi aça bilirik,

Nə də ayağımızı ata bilirik.

Dönmüşük sükuta…

Bir misra qədər dillərdə qalmaq olarmı?..

Sonsuz olan şeir qədər…

Onu da kimsə ağızından salıb itirər,

Ya qəh-qəh çəkib güləndə,

Ya da bir qurtum su içəndə.

Su kimi aydın olsun ömrümüz…

Əlvida… Tələsək…

Bu misranın axırı gələnə qədər.

Hələ bu misraya qoymayaq nöqtə,

Bəlkə axırı gələr…

Dərdimiz oxunur,

Bir misra qədər.

Tarix
2014.03.04 / 22:45
Müəllif
Nəzmiyyə Hicran
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla