Yuxarı

Məhkəmələrdə 40-dan çox QHT-nin şikayətinə baxılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ölkədə qeyri-hökumət təşkilatlarının qeydiyyatı ilə bağlı da problem görmürəm".

Bunu "Axar.az"ın qeyri-hökumət təşkilatlarının qeydiyyatı ilə bağlı sualını cavablandıran Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbud bildirdi:

"Bilirsiniz ki, yanvar ayında QHT-lərin qeydiyyatı ilə bağlı qanunvericiliyə son əlavə və dəyişikliklər qüvvəyə mindi və bundan sonra müəyyən polemika yarandı. QHT Şurası bütün tərəfləri bir yerə yığaraq "Hüquq və monitorinq komissiyası" yaratdı. Artıq həmin komissiyanın ilk iclası da olub. Komissiyanın üzərinə düşən məsələlər qanunun tətbiqi ilə bağlı məsələləri diqqətdə saxlamaq, QHT-lərin hər hansı tədbiri keçirdikləri zaman qarşılaşdıqları problemlərə müdaxilə etmək, eyni zamanda QHT-lərin qeydiyyatı zamanı meydana çıxan problemləri yerindəcə müzakirə edib, onların qarşısını almaqdır. Qeyri-hökumət təşkilatlarının qeydiyyatı deyəndə onların lazım olan sənədlərin qanunvericiliyin tələbinə uyğun olaraq doldurub Ədliyyə Nazirliyinə təqdim etməsi nəzərdə tutulur. Bir çox hallarda eşidirik ki, QHT-lər 1-2 dəfə sənədlərini qeydiyyat üçün təqdim edir, sonra isə Ədliyyə Nazirliyinin həmin təşkilatı qeydiyyatdan keçirməyəcəyini düşünür və sənədləri daha qeydiyyat üçün təqdim etmirlər. Hesab edirəm ki, bu yanlış addımdır. Ölkədə qeyri-hökumət təşkilatlarının qeydiyyatı ilə bağlı da problem görmürəm. Ay, rüb və il üzrə Azərbaycanda qeydiyyatdan keçən QHT-lərin sayı artıb. QHT Şurası olaraq biz də QHT-lərin daha asan formada qeydiyyata alınmasının tərəfdarıyıq".

Məhkəmələr QHT-lərin ziyanına qərar verir

Oqtay Gülalıyev hesab edir ki, qanunvericilikdə edilən son dəyişikliklər QHT-lərin qeydiyyatını daha da çətinləşdirdi: "Azərbaycanda QHT-lərlə bağlı bir çox problemlər var. Həm qanunvericilik, həm qeydiyyat, həm də donorlardan qrantların alınması ilə bağlı çətinliklər hələ də mövcuddur. Ən böyük problemlərdən biri isə qeydiyyatla bağlıdır. Xüsusən də bu qeydiyyat məsələsi daha üzdədir. Qanunvericilikdəki son dəyişiklik qeydiyyat prosesini daha da sərtləşdirdi. Son aylarda QHT-lərin qeydiyyatı ilə bağlı hansısa müsbət dəyişiklikdən danışmaq mümkün deyil".

O. Gülalıyevin fikrincə, qeydiyyatdan keçməklə bağlı məhkəmələrə edilən müraciətlər əksəriyyəti Ədliyyə Nazirliyinin xeyrinə qərar çıxarır: "Konkret olaraq mənim yaratdığım "Demokratik İslahatlar Uğrunda Cəmiyyət"in qeydiyyatı 5 ildir yubadılır. Rəsmi qurum müxtəlif bəhanələr işlədir. Məndə olan son məlumatlara görə artıq 100-dən artıq şikayət ölkə sərhədlərini aşaraq Avropa Məhkəməsinə göndərilib".

Qeyd edək ki, ötən ilin son məlumatlarına görə, 3800-dən artıq qeyri-hökumət təşkilatı qeydiyyatdan keçib. Bununla yanaşı 40-dan artıq QHT-nin qeydiyyata alınmaması ilə bağlı məhkəmə prosesi gedir. Onlardan bir çoxu yerli instansiya məhkəmələrinin qərarı ilə razılaşmayaraq Avropa İnsan haqları Məhkəməsinə şikayət ediblər.

Tarix
2014.03.04 / 18:23
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla