Yuxarı

Dövlət qurumlarında işləyənlərin maaşı artırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti "Dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcminin müəyyən edilməsi haqqında", "Fövqəladə hallar orqanları əməkdaşlarının sosial və maddi təminatı haqqında" və "Ədliyyə orqanı işçisinin və onun ailə üzvlərinin yeni qulluq keçmə yerinə köçməsi pulunun və birdəfəlik kompensasiyanın ödənilməsi Qaydası"nın təsdiq edilməsi və ədliyyə orqanlarının işçiləri üçün elmi dərəcəyə görə əlavələrin müəyyən edilməsi haqqında" qərarlarında dəyişikliklər edib.

"Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, indiyədək bələdiyyə təhsil müəssisələrində ixtisası üzrə işləyən fəlsəfə doktorlarının (elmlər namizədlərinin) elmi dərəcəyə görə (elm sahələri göstərilməklə) vəzifə maaşlarına işlədiyi təhsil müəssisəsinin kateqoriyasından asılı olmayaraq 30 manat, fövqəladə hallar orqanlarında öz ixtisası üzrə xidmət edən "Elmlər doktoru" elmi dərəcəsi olan əməkdaşların vəzifə maaşlarına 50 manat, fəlsəfə doktoru elmi dərəcəsi olan əməkdaşların vəzifə maaşlarına 30 manat, ədliyyə orqanlarında çalışan elmlər doktoru alimlik dərəcəsi olan işçilərə 50 manat, elmlər namizədi alimlik dərəcəsi olan işçilərin vəzifə maaşlarına 30 manat məbləğində əlavələr müəyyən edilib.

Dəyişikliklərə əsasən, bu əlavələrin məbləği 2 dəfə artırılıb. Bələdiyyə təhsil müəssisələrində ixtisası üzrə işləyən fəlsəfə doktorlarının (elmlər namizədlərinin) elmi dərəcəyə görə (elm sahələri göstərilməklə) vəzifə maaşlarına işlədiyi təhsil müəssisəsinin kateqoriyasından asılı olmayaraq 60 manat, fövqəladə hallar orqanlarında öz ixtisası üzrə xidmət edən "Elmlər doktoru" elmi dərəcəsi olan əməkdaşların vəzifə maaşlarına 100 manat, fəlsəfə doktoru elmi dərəcəsi olan əməkdaşların vəzifə maaşlarına 60 manat, ədliyyə orqanlarında bilavasitə ixtisası üzrə çalışan elmlər doktoru alimlik dərəcəsi olan işçilərə 100 manat, bilavasitə ixtisası üzrə çalışan elmlər namizədi alimlik dərəcəsi olan işçilərin vəzifə maaşlarına 60 manat məbləğində əlavələr müəyyən edilib.

Tarix
2014.03.04 / 15:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla