Yuxarı

FHN niyə 500 binanı sökür? – Ekspert rəyi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yay fəslində günəş şüası gün ərzində 3-4 saat otaqda oynamalıdır".

Bunu "Axar.az"ın yeni tikilən binalarda tikinti normalarına necə riayət edilib-edilməməsi ilə bağlı sualına cavab verən Azərbaycan Respublikasının əməkdar memarı Feyzulla Quliyev bildirib:

"4 mərtəbəli binalara qədər standart var, amma qalanları üçün yoxdur. Onlar "insalyasiya qaydası"na riayət etməlidilər. Yaşayış binaları üçün standart belədir ki, yay fəslində günəş şüası gün ərzində 3-4 saat otaqda oynamalıdır. Bir də ki, yanğınsöndürən maşınlarının hərəkəti üçün məsafə olmalıdır. Həmin məsafə isə 6 metrdən 12 metrə qədərdir. Başqa xüsusi tələb yoxdur".

Memar hesab edir ki, bir çox hallarda tikinti şirkətləri hesabatlarında aldadıcı məlumatlar yerləşdirirlər: "Əslində onların həmin qaydalara riayət edib-etməməsi çox çətindir. Bəzən isə mümkün deyil. Ona görə tikinti şirkətləri çox vaxt yalan danışır. Digər məsələ isə milli mentalitetlə əlaqədardır. Bir çox hallarda insanlar binalarda pəncərələrin bir-birinə baxmasına etiraz edir. Onlar evlərinin içərisinin görünməsini istəmirlər. Hətta villalar tikiləndə belə hasarların hündür olmasını istəyirlər. Çünki onlar istəmirlər ki, ailə üzvlərindən kimisə həyətdə gəzən yerdə görsünlər. Amma xarici ölkələrdə bu stereotip yoxdur".

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumların apardığı monitorinqlər nəticəsində Bakı şəhərində 500-dən artıq yeni tikilinin normalara uyğun olmadığı aşkar edilib. FHN həmin binaların sökülməsi üçün əmr imzalayıb. Digər tərəfdən də 20-dən artıq tikinti şirkəti bu və ya başqa səbəbdən lisenziyadan məhrum edilib.

Tarix
2014.03.04 / 14:58
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla