Yuxarı

“Bakıda 15 min qanunsuz taksi var” - Nazirlik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Lisenziyasız, qeyri-qanuni taksi fəaliyyəti göstərənlərlə bağlı problem ən aktual problem olaraq qalmaqdadır. Faktiki lisenziya, fərqlənmə nişanı almaq qaydaları pozulur. Bu, əslində vergidən yayınmaq deməkdir".

"Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, bunu açıqlamasında Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov söyləyib.

N.Həsənov deyib ki, taksi fəaliyyəti ilə məşğul olanların ilk növbədə 5 illik lisenziyası olmalıdır. Bu lisenziya üçün 150 manat, beynəlxalq daşımalar üçün 200 manat ödəniş olunmalıdır. Aylıq fərqlənmə nişanına görə də qazanca görə vergi verilməlidir. Eyni zamanda, həmin şəxs müvafiq dövlət standartına uyğun olaraq avtomobilini xüsusi formaya salmalı, eyni zamanda avtomobildə sayğac və POST-terminal quraşdırılmalıdır. POST-terminallar nağd ödənişin aradan qaldırılması üçündür: "Bu tələblərin hamısı yerinə yetirilməsə, taksi fəaliyyəti qeyri-qanuni sayılır. Lisenziyasız fəaliyyətə görə 100 manat, lisenziya şərtlərinin pozulmasına görə 50 manat cərimə nəzərdə tutulur. Sonra da KİV-də düzgün olmayan fikir formalaşdırırlar ki, guya Nəqliyyat Nazirliyi Departamentinin işçiləri sürücüləri incidirlər. Qanun tələbi odur ki, lisenziyanı al, sonra da fərqlənmə nişanına görə vergini ödə. Taksi fəaliyyətinə sonuncu peşə kimi baxmaq olmaz. Yaponiyada taksi sürücüləri əllərinə ağ əlcək geyinərək sükan arxasına keçirlər. Londonda 3 min obyektin adını bilməyən adama sürücülük etməyə icazə vermirlər".

Nəqliyyat Nazirliyi Katibliyinin rəisi bildirib ki, Avropa Olimpiya Oyunlarına qədər Bakıda London taksilərinin sayı yavaş-yavaş artırılacaq. O, qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olanları lisenziya almağa çağırıb: "Ümumiyyətlə, Bakıda insanlara xidmət etmək üçün 5 min taksi kifayət edir. Lisenziya alanların sayı hələ 5 minə çatmayıb, qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlar tələsib lisenziya ala bilərlər. Amma hazırda Bakıda tələbatdan 3 dəfə çox, 15 mindən artıq qeyri-qanuni taksi fəaliyyəti göstərən var. Onların sayını dəqiq demək mümkün deyil, çünki taksi "şapka"sını qoyur, bizim Nazirliyin işçilərini görəndə götürürlər. Bir növ partizan üsulu ilə çalışırlar. Xüsusən sovet avtomobilləri sərnişin daşımaq üçün heç bir parametrə uyğun gəlmir".

Tarix
2014.03.04 / 14:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla