Yuxarı

Qənirə Paşayeva MTN-ə müraciət etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin iclasında çıxış edən deputat Qənirə Paşayeva onu nurçuluqla əlaqələndirənlərə sərt mesajlar verib.

"Axar.az" "Musavat.com"a istinadla bildirir ki, millət vəkili bəzi qüvvələri mətbuatdan çirkin məqsədləri üçün istifadədə ittiham edib: "Bu gün söz və mətbuat azadlığından kimlərsə istifadə edərək dövlətə, dövlətçiliyə xidmət edən insanlara qarşı böhtan kampaniyasını aparmağa nail olurlar. Mən şəxsən Xocalı soyqırımı tədbirlərində iştirak etdiyim zaman özümə qarşı olan bu kampaniyalarla bağlı bu gün ölkənin Milli Təhlükəsizlik Nazirliyinə müraciət göndərmişəm. Müraciətdə də vurğulamışam ki, mən heç kimdən qorxmuram, çəkinmirəm və bütün fəaliyyətimin araşdırılmasına da hazıram. Amma mən kiminsə xoşuna gəlmirəmsə deyə, hansısa mətbuat orqanlarını arxasına alıb bu kampaniyanı aparanların xalqın önünə çıxarılmasını istəyirəm. Çünki bu kampaniyalar bu gün mənə, sabah başqasına qarşı ola bilər.

Hər tədbirində Heydər Əliyevdən, Türkiyədə Atatürkdən sitatlar gətirən, həyatında bir dəfə də Nursidən sitatlar gətirməyən insana "Sən niyə türk məktəblərinə dəstək veribsən" deyə nurçuluqda ittiham edən, millət vəkilinə çamur atanların ciddi bir hesabat verməsi gərəkir.

Digər millət vəkilləri özləri bilərlər. Amma mən öz adımdan müraciət etmişəm".

Q.Paşayeva onu hədəfə alanlara səslənib: "Nə etməliydik? Suriyada uşaqlarımızı döyüşlərə səsləndirənlərinmi yanında olmalıydıq? Yoxsa o güclərimi dəstəkləməliyik ki, uşaqlarımıza yaxşı təhsil versin? Mən Çağ Öyrətim Şirkətinin, Turan Yazqan xocanın okulları, ya bütün Anadolu okullarının hamısının fəaliyyətini dəstəkləmişəm ki, uşaqlarımız yaxşı təhsil alsınlar. Mən bütün o gözəl məktəblərin yanında olmuşam. Suriyada uşaqlarımızı döyüşə səsləyənlərinmi yanında olmalıydım? Bu parlamentdə onların haqqında danışan kimi başlayıblar üzərimizə düşməyə. Bu gün mənə olan bu məsələlər sabah başqalarına qarşı da olacaq. Onlara qarşı mübarizəni gücləndirməliyik".

Spiker O.Əsədov isə "müraciət edibsiniz, öz işinizdir, amma bu məsələni parlamentə çıxartmağa ehtiyac yox idi", - deyib.

Tarix
2014.03.04 / 13:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla