Yuxarı

Ordunun menyusuna milli yeməklər daxil edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Silahlı Qüvvələrin qida təminatının yaxşılaşdırılması ilə bağlı tapşırığından sonra ilk olaraq Müdafiə Nazirliyinin hərbi tibb müəssisələrində milli menyuya keçilib.

"Axar.az"ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Vaqif Dərgahlı məlumat verib.

V. Dərgahlının sözlərinə görə, artıq Silahlı Qüvvələrin hərbi hospitalları və stasionar tibb məntəqələrində bu proses yekunlaşıb: "Hərbi hospitalların menyusunda dolma, küftə, plov və digər milli yeməklər var".

V. Dərgahlı onu da əlavə edib ki, bununla yanaşı, menyuda bəzi dietik qidalar da qalır. Bu da şəxsi heyətin sağlamlığı nöqteyi-nəzərindən vacibdir.

Nazirlik rəsmisinin sözlərinə görə, hərbi hissələrdə də milli menyuya keçid prosesi gedir.

Qeyd edək ki, 2013-cü ilin oktyabr ayının sonlarında müdafiə naziri vəzifəsinə təyin olunan general-polkovnik Zakir Həsənovun ilk tapşırıqlarından biri əsgərlərin qida təminatının milliləşdirilməsi olub.

Azərbaycanın hərbi qurumları arasında milli yeməklərə keçid ilk olaraq Daxili Qoşunlarda tətbiq edilib. Hazırda Sərhəd Qoşunlarında analoji proses gedir.

Tarix
2014.03.04 / 13:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla