Yuxarı

Etibar Hüseynovun bayraq söhbəti spikeri özündən çıxardı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti iclası keçirilir. Deputat Qüdrət Həsənquliyev 17 yaşlı gənc Nərmin Hüseynlinin ağır durumundan danışdı və vətəndaşların tibbi sığrtası haqqında işləri sürətləndirməyə çağırdı.

Musa Quliyev Xocalı soyqırımı ilə bağlı görülən işlərin nəticəsində dünyanın 10-a yaxın ölkəsinin parlamenti və ABŞ-ın 15 ştatının Xocalı soyqırmını tanıdığını dedi. Deputat Xocalı soyqırımı zamanı yaralananların statusu haqqında təklif verdi. Dedi ki, Xocalıda yaralananlar milli münaqişə zəminində yaralanan şəxslər kimi göstərilir:

"Bu da faciənin miqyasını kiçiltmək anlamına gəlib çıxır. Onlar erməni ordusu, o cümlədən sovet ordusunun 366-cı alayı tərəfindən güllələnib. Xocalı soyqırımı zamanı əlil olmuş şəxslərin milli münaqişə zamanı deyil, Xocalı soyqırımı zamanı bu duruma düşdüyü göstərilməlidir. Mən bununla bağlı Baş nazirə müraciət etmişəm və xahiş edirəm, millət vəkilləri buna dəstək versin".

Fərəc Quliyev Ukraynada baş verən hadisələrdən danışdı: "Bu gün Ukraynada baş verən hadisələrin bizə aidiyatı yoxdur desək, düzgün çıxmaz. Biz barışdıcı missiya ilə çıxış etməliyik. Krımda baş verənlər işğaldır və bütün dünya bunu belə qəbul edib. Ukrayna və Rusiya parlamentarası dostluq qrupunun üzvləri birgə iclas keçirə, Rusiya və Ukraynaya səfər edə bilər. Biz seyrçi qalsaq, gələcəkdə Ukrayna da Qarabağ məsəəsində seyrçi qala bilər. Artıq Türkiyə də müəyyən addmlar atmağa başlayıb".

O.Əəsdov isə buna ehtiyac olmadığını bildirdi: "Ukrayan Rusiya dost-qardaş ölkələrdir, onlar hər hansı problemi həll edə bilər. 300 mindən çox azərbaycanlı Ukraynada, 2 milyondan çox azərbaycanlı Rusiyada yaşayır. Biz bütün ölkələrin, o cümlədən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Onlar böyük, qohum dövlətlərdir, bu məsələləri özləri həll edəcək. Bir az hövsələniz olsuin".

Etibar Hüseynov Maydanda Azərbaycan bayrağının qaldırılmasına qarşı çıxdı. Deputat dedi ki, bayraq Azərbaycanın dövlət atributudur, onu hər yerdə ucaltmaq olmaz. Bəlkə də qanuna dəyişiklik etmək lazımdır ki, Azərbyacan bayrağını hər kəs istədiyi yerdə ucaqlda bilməz. Heç olmasa səfirlik belə məsələlərdə diqqətli olmalıdır".

O.Əsədov onun bu sözlərindən əsəbiləşdi: "Ay Etibar müəllim, elə bayaq mən bu məsələlərdən danışdım. Elə bil tormozunuz yoxdur e. Qardaş, sən bayrağı necə ləğv edəcəksən? Səfirlik adam tutandır? Deyəndə bir səviyyəli söz deyin də".

İqbal Ağazadə "Sovetski"dən danışdı: "1500 manat ciddi məbləğdir. Asmma burada 15-20 kv.m mənzildə bir neçə ailə yaşayırdı. 35 min manata Bakıda bir otqalı mənzil almaq mümkün deyil. Ona görə hökumət elə siyasət yürütməlidir ki, vətəndaşlar yaşamaq hüququ ilə təmin olunsun. Dövlət onların 2-3 otaqlı mənzillə təmin olunması haqda düşünməldir".

O.Əsədov dedi ki, 1-2 günə Nazirlər Kabinetinin iclas olacaq: "Mən biləni "Sovetski"dən heç kimi məcburi köçürmürlər".

Asim Mollazadə ABŞ-ın İndiana ştatının Xocalı ilə bağlı qətnamə qəbul etməsindən danışdı. Deputat Qarabağ müharibəsi veteranlarının statusunu qaldırmağa da çağırdı.

Vitse-spiker Ziyafət Əsgərov Xocalı soyqırımı ilə bağlı deputatların iştirakı ilə keçirilən tədbirlərdən danışdı: "Bu gün artıq biz bu soyqırımı dünyaya çatdıra bilmişik".

Elmira Axundova internetin sürətindən və qiymətindən danışdı, təkliflər verdi.

Tarix
2014.03.04 / 12:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla