Yuxarı

Gülən hərəkatı ilə nurçuluğun fərqi - Araşdırma

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar Azərbaycan mediasında aparıcı mövzulardan birinə çevriliən nurçuluq və Gülən hərəkatı ilə bağlı bir sıra məsələləri aydınlaşdırmağa və dolğun məlumat verməyə ehtiyac yaranıb. Çoxları Fətullah Gülənin xidmət hərəkatı ilə nurçuluğun eyni olduğunu düşünür.

Amma bunların arasında fərqlər var və təsadüfü deyil ki, "Gülən camaatı" onları nurçu sayanları həm də savadsızlıqda ittiham edirlər.

Gülənin özü də nurçu olub

Fəthullah Gülənin özü Nursinin yolu ilə gedən tələbələrdən olub. Ancaq o, heç bir zaman klassik nurçu olmayıb. Elə buna görə də Nursinin ölümündən sonra onun yolundan ayrılaraq öz liderliyi ilə hərəkat qurmaq fikrinə düşüb.

1970-ci illərin əvvəlində təməllərinin atıldığı Gülən Hərəkatı özünə yeni bir yol, üslub və strategiya seçib. Bu yeni hərəkatın başlanğıcı eyni olsa da, ana xətti nurçulardan fərqlidir.

Müqəddəsləşdirmək fərqi

Nurçuluq - Səid Nursinin adı ilə bağlıdır və bu hərəkatın içərisində olanlar Nursidən bəhs edərkən onu "Bədi üz zaman" adı ilə anır. Ümumiyyətlə, bütün dini söhbətlərdə davamlı olaraq Səid Nursiyə istinad edirlər.

Fəthullah Gülən isə söhbətlərində Səid Nursidən bəhs etməkdən qaçır. Söhbətin mövzusu qaçılmaz olaraq Nursiyə gələndə isə nurçuların "Bədi üz zaman" dedikləri şəxsə "Həzrəti pir" deyə xitab edir.

Səid Nursinin yazdığı "Risaleyi –Nur" əsərinin Allah tərəfindən ona ilham edildiyini, hətta bəzilərinin ərəbcə və bəzilərinin farsca gəldiyini iddia edir.

Səid Nursi "Şüalar" əsərində yazır:

"Sizi həm dünya əzabından, həm də axirət əzabından xilas edəcək həqiqəti bəyan etmək qəlbimə endirildi".

"Risaleyi-Nur" külliyyatının "Sönməz" adlı risaləsində Nursi yazır:

"Risaleyi-Nur" Quranın aynasıdır, bir möcüzə xüsusiyyətindədir… "Risaləyi Nur"a kimsə etiraz edə bilməz; onunla heç nə ölçülə bilməz, heç bir kitab ona bərabər tutula bilməz".

Bu müqəddəslik iddiasına görə Nursiyə inanan bütün insanlar ondan bəhs edərkən "zaman sonrası" mənasını verən "Bədi-üz-zaman" sözünü işlədir və ona bu cür xitab edirlər . "Zaman sonrası" sözü Nursinin ideyalarının və ruhunun ölümündən sonra da yaşayacağına işarədir. Fətullah Gülən isə Nursinin bu müqəddəsliyini qəbul etmədiyi üçün ona "Bədi-üz-zaman" adı ilə xitab etmir.

Mütaliə fərqi

Nurçu qrupların hamısında "Risaleyi-Nur" külliyyatı Quran və sünnədən sonra dinin üçüncü müraciət qaynağıdır. Hətta Quranı və Hz.Peyğəmbəri anlamaq üçün əvvəlcə Nursinin əsərlərinə müraciət edirlər. "Gülən camaatı"nın isə təməl bilgi qaynağı Fəthullah Gülənin kitabları və moizə CD-ləridir .

"Camaat"ın üzvləri arasında yaşlı nəslin nümayəndələri istisna olmaqla, "Risaleyi-Nur" külliyyatını yaxşı bilən və mütaliə edənlər çox azdır.

Nurçu qruplar və Nursinin son tələbələri , "Risaleyi- Nur"un dilinin sadələşdirilməsinə və türkcəyə uyğunlaşdırılmasına qarşıdır.

"Gülən camaatı" isə "Risaleyi- nur"u sadələşdirdi və bu əsərlər "camaat"ın özünün nəşrlər evi tərəfindən yayımlandı.

Başqa ölkədə yaşamaq fərqi

Səid Nursi 73 illik ömrünün 33 ilini həbs və sürgünlərdə keçirib , amma heç bir zaman başqa ölkədə yaşamağı düşünməyib. Birinci Dünya müharibəsində Qafqaz cəbhəsində ruslara əsir düşüb , 2 il yarım əsir qaldıqdan sonra qaçaraq böyük çətinliklərlə yenə İstanbula gəlib.

Nursidən sonra gələn Nurçu qruplar da "Bədi-üz-zaman" kimi çətinliklər yaşayıblar və Türkiyə sərhədindən kənara çıxmayıblar.

Fəthullah Gülən isə Türkiyə tarixinə "postmodern hərbi çevriliş" kimi düşən 1997-ci il 28 fevral hadisələrindən sonra Türkiyədən birdəfəlik gedib (Camaat çevrələrində bunu Peyğəmbərin hicrəti ilə müqayisə edir və "hicrət" də deyirlər).

Siyasətə qarışmaqdakı fərq

Səid Nursi öz əsərində "əuzu billahi mine'ş- şeytani vəs-siyasi" deyərək və "şeytan və siyasətdən Allaha sığınıram" sözləri ilə başlatdığı hərəkatın heç bir zaman siyasi olaylara qarışmayacağını bildirib və nurçuluq hərəkatı ilə siyasət arasında böyük bir sərhəd çəkib.

Səid Nursi və nurçular heç bir dövrdə siyasi partiya yaratmayıb. Amma siyasəti dinə xidmət etdirmək üçün Demokrat Partiya və bu ənənəni davam etdirən partiyaları dəstəkləmək yolunu seçiblər.

"Gülən camaatı" isə bu sərhədi keçərək siyasətin içinə girib və dövləti içəridən işğal etmək üçün öz adamlarını siyasi alətə çeviriblər.

Tarix
2014.03.04 / 12:20
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla