Yuxarı

Qadınlar güclü olsaydı, kişiləri döyərdi - Sorğu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadınların əks cins tərəfəndən təzyiqlərə, bəzən şiddətə məruz qalması hallarına rast gəlmək mümkündür. Bu, həm də mental əxlaqla bağlıdır. Ailədə kişini birmənalı dominant kimi qəbul edən islam əxlaqlı Azərbaycanda hazırda vəziyyət necədir? Xüsusilə gender məsələsinin geniş təbliğindən sonra…

"Axar.az" olaraq tanınmışlar arasında qısa bir sorğu keçirdik. Sualımızsa belə idi: "Siz həyat yoldaşınıza əl qaldırırsınızmı?"

Arvadı döyməzlər, öldürərlər

Şair Vüqar Əhməd:

"Kişi qadına əl qaldırmaz. Anam rəhmətlik deyərdi ki, qadın güldür, onun ətrini alarlar. Onu da deyərdi ki, qadını namus üstə də döymək olmaz. Belə olanda ya boşayarlar, ya öldürərlər, ancaq döyməzlər. Bu sözləri deyəndən sonra da həmişə əlavə edərdi ki, öldürmək düz deyil, sən yaratmamısan ki, öldürəsən... Qadın zərif məxluqdur. O anadır, bacıdır, övladdır. Adam döymək istəyirsən, get Qarabağa, hayları döy, öldür".

Şərif Ağayar sorğumuza gülərək cavab Verdi: "Bu suala onsuz da heç kim səmimi cavab verməyəcək".

Qadını döymək kişiyə yaraşmaz

Müğəni Abbas Bağırov:

"Qadını döymək kişiyə yaraşmaz. Qadın zərif, incə məxluqdur. Düzdür, hansısa bir səhvi edə bilər, ya da böyük bir problem ola bilər qadına görə, hətta bu zaman da onu başqa bir yolla cəzalandırmaq olar. Lakin əl qaldırıb vurmaq, döymək qəti olmaz".

Qadınlar da güclü olsaydı kişiləri döyərdi…

Yazıçı Zümrüd Yağmur:

"Nədənsə qadına əl qaldırmaqla bağlı danışanda bunun ancaq bizim cəmiyyətin problemi olduğunu düşünürlər. Amma faktlar sübut edir ki, hətta inkişaf etmiş ölkələrdə də kişilər qadına qarşı şiddətə baş vurur. Bunu edən kişilər haqqında danışanda bəzən yanlış olaraq həmin adamı mədəniyyətsizlikdə, cahillikdə ittiham edirik. Amma səbəb bu deyil, çünki toplum üçün mədəni və ziyalı görünən biri belə evində qadını döyə bilər. Məncə, qadına əl qaldıran kişilər birmənalı olaraq öz acizliyini zorla gizlətməyə çalışan kəslərdir. Əminəm ki, ən əsəbi anında qadına əl qaldıran kişi həmin anda qarşısında özündən güclü və onu döyə biləcək birini görsə, geri çəkiləcək. Qadına əl qaldırmaqla onu zorla susdurub özünə tabe etməyə çalışmaq, yaxud da üstünlüyünü bununla nümayiş etdirmək məncə, mümkün deyil. Qadın həmin an üçün susa bilər, amma bu onun içindəki üsyanı bitirmir.

Bir də ki, bunu kişilərin naqisliyi kimi qələmə vermək fikri də düz deyil. Əgər kişilərin sahib olduğu fiziki güc qadınlarda olsaydı, onlar da məmnuniyyətlə kişiləri döyərdilər. Bu da onunla bağlıdır ki, insan xarakter etibarilə gücə və əzməyə meyllidir".

Tarix
2014.03.04 / 09:58
Müəllif
Nazlı Onur
Şərhlər
Digər xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla