Yuxarı

Ramal erməni toyunda oxumasından danışdı

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Axı necə olur ki, mənim kimi bir vətənpərvərə bunu yaraşdırırlar?"

Bu sözləri müğənni Ramal Əsədzadə 26 fevral Xocalı soyqırımı günü erməni toyunda oxuması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən "Axar.az"a deyib:

"Xəbəri eşidəndə təbii ki, çox üzüldüm. Axı necə olur ki, mənim kimi bir vətənpərvərə bunu yaraşdırırlar? Bir jurnalist dostumuz var, zəng edib mənə dedi ki, internetdə belə bir video var, guya ki, sən Xocalı faciəsi günü bir erməninin toyunda oxumusan. Birinci elə bildim, zarafat edir. Amma sonra videonu izlədim, şok oldum. İlin əvvəllərində toy mərasimləri üçün "Boylana-boylana" adlı mahnı yazdırdım. O mahnı internetdə çox yüklənildi. Mahnıda klarnet alətindən də istifadə etmişdik. Bəlkə də ermənilərin məhz bu xoşuna gəlib".

Müğənni bildirdi ki, bu xəbərin yayılmasının ikinci bir səbəbi də ola bilər:

"İkinci ehtimal odur ki, şayiə uydurub fitnə-fəsad törətmək istəyirlər. Məni də hədəf seçmələrini anlayıram. Çünki qısa bir zamanda müəyyən bir kütlənin sevgisini qazanmış müğənniyəm. İnanmıram ki, bu videonu internetə hər hansı bir azərbaycanlı yerləşdirsin. Çünki bizim xalq şərəfli xalqdır. Ancaq təəssüflər olsun ki, bu uydurmaya inananlar da oldu. Lakin bir neçə sənət yoldaşım var ki, sosial şəbəkələrdə məni müdafiə etdilər. İnsanlara aşılamağa çalışdılar ki, erməni öz toyunda Ramal Əsədzadənin Azərbaycan dilində olan mahnısını kompüterdə qoşub oynayırsa, burda Ramal Əsədzadənin nə günahı var? Tərəfimi tutan sənətçi dostlarımdan Röyanın, Günel Ələkbərlinin, Sevdanın və Nurlan Əzizbəylinin adını çəkə bilərəm. Həmişə demişəm, bir daha deyirəm, mən əsla vətənimi, millətimi pula satmaram. Çünki nə vaxtsa dünyadan köçəndə vətənimin torpağına sarılacam, mənfur ermənilərin puluna deyil. Ümümmilli liderimiz Heydər Əliyevin dediyi kimi. Mən həmişə fəxr edirəm ki, Azərbaycanlıyam".

Tarix
2014.03.03 / 17:12
Müəllif
Nazlı Onur
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla