Separatçıların İrəvanda ofisi bağlanmalıdır - Çaxoyan
16:35
Ana səhifə Planet |
Livan hökuməti Şeyx Əhməd Əl-Əsir və tələbələri üçün edam qərarı verib.
"Axar.az" xəbər verir ki, keçən il Əsəd və Hizbullaha qarşı döyüşmək üçün 5 min tələbəsi ilə birlikdə Qusayradakı müharibəyə qatılan Əhməd Əl-Əsir başda Hizbullah yaraqlıları olmaqla Əsəd tərəfdarlarına qarşı savaşan ən önəmli kadr olmuşdu.
Əhməd Əl-Əsirlə birlikdə livanlı keçmiş müğənni Fadil Şakir də edam cəzası alanlardandır.
"Əl-Ərəbiyə"nin xəbərinə görə, Riyad Əbu Qida adlı hakim Livanın şimalında yerləşən Sidoun şəhərində baş verən hücumlara görə Əhməd Əl-Əsir və tələbələrini günahlandırıb.
Tarix
2014.03.03 / 14:59
|
Müəllif
Vüsal Tağı
|