Yuxarı

Putin – yeni Hitler, Soçi – Berlin olimpiadasıdır – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın məşhur siyasi tok-şou aparıcısi Savik Şuster Rusiya Prezidenti Vladimir Putini yeni yüzilliyin Adolf Hitleri adalandırıb və fikrini əsaslandırıb.

"Axar.az"ın məlumatına görə, o, bunu Putinin son zamanlar həyata keçirdiyi yanlış siyasəti ilə izah edib.

Keçmiş Ukrayna prezidenti Leonid Kravçukun da qatıldığı proqramda Şuster bildirib ki, həkimlər Hippokrata and içirlər və o, həmin fikirləri öznəməxsus şəkildə dəyişərək, jurnalistlərə də şamil edib. Özünün də müqəddəs jurnalistikə peşəsinə dürüst şəkildə əməl edəcəyinə and içən Şuster əlavə edib ki, rusiyalı həmkarları da sadaladığı bəndlərə hörmətlə yanaşmalıdı.

Şusterin növbəti hədəfi Putin olub: "Deyirlər ki, biz müharibə ərəfəsindəyik. Xeyr, biz artıq müharibə içərisindəyik. Rusiyalı həmkarlarımdan tələb edir və and içmələrini istəyirəm ki, bu hoqqabazlıqlarına son qoysunlar. Hörmətli həmkarlarım, müharibəyə yol vermək olmaz. 1936-cı ilin Berlin Olimpiadası Adolf Hitlerin təntənəsi idi. Qorxmadan bu adı çəkmək istəyirəm – bəli, bu gün Vladimir Putin Avropanın Adolf Hitleridir. Bilirsiniz, Hitlerin köməkçiləri faşist ordularının Avstriyanı zəbt, Polşaya isə hücum çəkmək qərarında tələsməməyə çağırsalar da, Hitler bildirmişdi ki, yox, tələsmək lazımdı! Baxın, bu gün bunları Putin təkrarlayır. Mən sizə sual verirəm: Putin, Kiyevi almaq istəyirsiniz? Siz Ukraynanı zəbt etmək istəyirsiniz? Sonra nə? Hitler milyarder deyildi, amma sən miyardersən. Sən indi öz milyardların üçün bizimlə mübaribə aparmaq istəyirsən? Deyirlər ki, Putin dönəmində yəhudilər Rusiyada yaxşı yaşayırlar... Nə danışırsınız? Axı bu, dəhşətdi! Putin özünü o həddə gətirib ki, bu planetdə heç kim tərəfindən qəbul olunmur. O, başlayıb gərgin hadisələrə, vəziyyətdən çıxış yollarını da Putin tapmalıdı. Necə? Deyə bilmərəm..."

Xatırladaq ki, Savik Şuster uzun illər Rusiya telekanallarında verilişlər aparıb.

Tarix
2014.03.03 / 14:26
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla