Ana səhifə Toplum |
"Yeni metro stansiyasının tikintisi ilə əlaqədar "Papanin" adlanan ərazidə də müəyyən tikililər sökülüb. Amma məhəllənin ümumi söküntüsü ilə bağlı dəqiq məlumat yoxdur. Düşünürəm ki, proses nəzərdə tutulub, vaxtını isə dəqiq deyə bilməyəcəyəm".
Bunu açıqlamasında Nəsimi Rayon İcra Hakimiyyətinin Sənədlər və vətəndaşların müraciəti üzrə iş şöbəsinin müdir Nazim Quliyev deyib. Onun verdiyi arayışa əsasən, ümumiyyətlə paytaxtın bütün ərazisində memarlıq baxımından əhəmiyyət kəsb etməyən, birmərtəbəli, kommunikasiya xətti olmayan tikililərin hamısının sökülməsi və yerində parkların salınması nəzərdə tutulub.
""Papanin" məhəlləsində isə belə tikililər lap çoxdur", - deyə Nazim Quliyev bildirib.
Qeyd edək ki, "Papanin" adlanan ərazidə, Hərbi Hospitalın yaxınlığında şərti adı hələlik B3 olan metro stansiyası tikilir. Bu tikinti ilə əlaqədar ərazidə xeyli ev sökülüb, söküntü işləri davam etdiriləcək ("Modern.az").
Tarix
2014.03.03 / 13:44
|
Müəllif
Axar.az
|