Yuxarı

Qənirə Paşayeva çıxışındakı qalmaqaldan yazdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mənim əlehimə açıqlamalarla məşğul olan bəzi mənbələr belə bir məlumat yayıblar ki, guya Qazi Universitetində Xocalı çıxışım zamanı çıxışımın uzunluğuna etiraz edən tələbələr zalı tərk ediblər. Yüzlərlə insanın gözü önündə baş vermiş hadisə ilə bağlı bu qədər böyük yalan və cəfəngiyat insanı dərindən üzür".

"Axar.az" xəbər verir ki, bu açıqlamanı millət vəkili Qənirə Paşayeva öz Feysbuk səhifəsində iddialara cavab olaraq paylaşıb. Qənirə Paşayeva həmin insanlara səslənib və bildirib ki, həmin videonu yayan Ankara Ülkü Ocaqlarının video ilə bağlı açıqlamasına da baxmaq və yazmaq lazım idi:

"Əgər məqsədiniz gerçəkdən də məlumat yaymaq olsaydı, məhz belə edərdiniz. O açıqlamada deyilirdi ki, Ülkü Ocaqları Qazi Universiteti rəhbərliyinin bəzi addımlarına etiraz olaraq tədbirin əvvəlində etiraz şüarları səsləndirərək zalı tərk ediblər. Mən isə əslində o tədbirin pozulmaması üçün çıxış etməkdən çəkinməyərək ilk olaraq çıxışa başlamışam və gəncləri sakit olmağa çaşırmışam, Xocalı soyqırımı anım günündə bu kimi addımlara ehtiyac olmadığını bildirmişəm. Bundan sonra sakitlik yaranmağa başlayıb və mən, məndən sonra digər iştirakçılar çıxışlara davam edib. Yəni mənim çıxışımın uzunluğuna etiraz deyə bir hadisə olmayıb. Çünki həmin hadisələr mənim çıxışıma qədər olub. Dərindən bilmək istəyənlər Ankara Ülkü Ocaqlarının bununla bağlı açıqlamalarını oxuya bilərlər. Həmin tədbirdə Azərbaycanın Türkiyədəki səfiri, millət vəkilləri və bütün media mənsubları olub. Hər kəsin gözü önündə baş vermiş bir hadisəni Qənirə Paşayevaya qarşı yönəltmək bir mədəniyyətsizlik və qeyri-peşəkar jurnalistikadır. Ucuz sensasiya dalınca gedənlərə isə sadəcə təəssüf edirəm. Peşəkar jurnalistika ilə məşğul olan dostlara isə ümumiyyətlə ucuz sensasiyalar dalınca getmədikləri və jurnalistikanı qorudukları üçün təşəkkürlər".

Xatırladaq ki, Qənirə Paşayevanın Qazi Universitetindəki çıxışına etiraz edənlərin qalmaqalı yaratdığı barədə bu gün mediada video yayımlanıb.

Tarix
2014.03.03 / 13:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla