Yuxarı

Millət vəkilindən nurçu iddialarına cavab - Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Nurçuluq adlı təriqətin olub-olmaması və əgər varsa da təhlükəliliyi barədə heç bir informasiyam və təsəvvürüm yoxdur".

"Axar.az" xəbər verir ki, bu barədə açıqlamanı millət vəkili Ceyhun Osmanlı öz rəsmi internet səhifəsində yerləşdirib.

Gündəmi dəyərləndirən millət vəkili həm də nurçu olması ilə bağlı yayılan informasiyalara da münasibət bildirib:

"Nurçuluq adlı təriqətin olub-olmaması və əgər varsa da, təhlükəli olub-olmaması barədə heç bir informasiyam və təsəvvürüm yoxdur. Azərbaycan Sovet Ensklopediyasını və yenicə çapdan çıxmış Milli Ensklopediyanı nə qədər vərəqləsəm də, orada da bu barədə heç bir məlumata rast gəlmədim. Əgər həqiqətən də belə bir təhlükəli təriqət mövcuddursa, onların hansı planetdən gəlmələri, rəngləri, müxtəlif məziyyətləri, nə yeyib-içdikləri, Allaha, yoxsa bütlərə inanmaları barədə qoy ruhanilər cəmiyyəti məlumatlandırsınlar, yol göstərsinlər və biz də mübarizə aparaq.

Öyrənmək heç vaxt gec deyil!"

Hazırkı məsələni ABŞ-ın İraqda kimyəvi silahı axtarmasına bənzədən Ceyhun Osmanlı bununla ictimaiyyəti məsələnin əsas məğzindən uzaqlaşdırıldığını qeyd edib.

"Bu söhbətlər gündəmə gələndə sonuncu ABŞ–İraq müharibəsi yadıma düşdü. ABŞ İraqa "nüvə silahi var" deyə müdaxilə etdi, bir milyondan çox müsəlman qətlə yetirildi, dövlət yerlə yeksan oldu, lakin nəticədə İraqdan nüvə silahı tapılmadı...

Hesab edirəm ki, indi də Azərbaycanda "Nurçu bombası" axtarırlar, qorxuram axırda ancaq qarpız taparlar. Amma zarafat bir yana, düşünürəm ki, "nurçuluq axtarışı" radikal müxalifət mətbuatı və onların müxtəlif mənsəbli yarı aşkar-yarı gizli havadarları tərəfindən heç də təsadüfən gündəmə gətirilməyib. Çünki insanlar belə təriqətdən xəbərsizdir və ona görə də hədəf seçilən istənilən adamla bağlı öz mətbuatlarında nurçuluq bombası partladılır və geniş ictimaiyyət də məsələnin əsl məğzindən xəbərsiz olur".

Qeyd edək ki, bir müddət öncə mətbuatda Ceyhun Osmanlıya Fətullah Gülən camaatının kömək etməsi ilə bağlı sənəd yayılmışdı.

Tarix
2014.03.03 / 13:15
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla