Yuxarı

Azərbaycanda yenidən qar gözlənilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah Azərbaycan ərazisində hava yağıntılı olacaq, bəzi ərazilərdə isə sulu qar və qar yağacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bildirib ki, martın 4-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Gecəyə doğru isə yağış yağma ehtimalı var. Cənub küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında sabah havanın temperaturu gecə 3-6, gündüz 8-13 dərəcə isti proqnozlaşdırılır.

Yaxın iki gün ərzində Abşeron yarımadasında biometeoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişli olacaq.

Azərbaycanın rayonlarında da martın 4-də gündüz qərb rayonlarında, axşama doğru isə bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 3-8, gündüz 12-17 dərəcə isti olacaq. Dağlarda temperaturun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti , gündüz 7-12 dərəcə isti olacağı proqnozlaşdırılır ("Trend").

Tarix
2014.03.03 / 12:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa demokratiya uğrunda mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla