Yuxarı

“Oskar”da yıxılma fotosu: dəqiqəyə 1 milyon ritvit - Video

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kino dünyasının ən prestejli mükafatı olan "Oskar" ABŞ-ın Los Anceles şəhərində təşkil edilən görkəmli mərasimlə sahiblərinə təqdim edilib.

"Axar.az" xarici mətbuata istinadən bildirir ki, mərasimə 10 nominasiya üzrə namizəd göstərilməsinə baxmayaraq, əliboş qayıdan "American hustle" (Amerikansayağı fırıldaq) filmi damğa vurub.

Cenifer Lorens yenə yıxıldı

Məşhur aktrisa Cenifer Lorensin yerə yıxılması fotosu Tvitter sosial şəbəkəsində dəqiqədə 1 milyon dəfə ritvit olunub.

Yıxılma anının videosu:

Bu kateqoriya üzrə mükafat İtaliyaya 11-ci dəfə getdi

"Ən yaxşı xarici film" nominasiyası üzrə mükafatı Paulo Sorrentinonun rejissorluğu ilə çəkilən İtalyan istehsalı olan "The Great Beauty" (Möhtəşəm gözəllik) filmi qazanıb. Bu mükafat İtaliyaya eyni kateqoriyada verilən 11-ci mükafat olub.

Leonardo Di Kaprio yenə əliboş qaldı

"Ən yaxşı kişi aktyor" kateqoriyasında dördüncü dəfə namizəd göstərilən Leonardo Di Kaprio mərasimdən yenə də əliboş qayıdıb. Mükafatı məşhur aktyorun baş rolunu oynadığı "Pul ovçusu" filmindəki rol yoldaşı Metyu Makkonehi alıb.

"Oğurluq" iddiasına rəğmən, mükafat aldı

Ssenarisinin oğurluq olduğu iddialarıyla gündəmə gələn "Her" (Onun) filmi "Ən yaxşı xüsusi ssenari" üzrə mükafatı qazanıb.

On kateqoriyadan sıfır aldı...

10 kateqoriya üzrə mükafata namizəd göstərilən "American Hustle" (Amerikansayağı fırıldaq) və "Gravity" (Cazibə) filmləri siyahıda ən real namizədlər idilər. Ancaq "Gravity" "Ən yaxşı rejissor" kateqoriyası da daxil olmaqla 7 nominasiya üzrə mükafat alsa da, "American Hustle" filmi heç bir mükafat almadı.

Mükafata layiq görülən kateqoriyaları təqdim edirik:

Ən yaxşı film: 12 illik əsarət (12 Years a Slave)

Ən yaxşı rejissor: Alfonsi Kuaron (Gravity – Cazibə)

Ən yaxşı aktrisa: Keyt Blançet (Blue Jasmine – Mavi Jasmin)

Ən yaxşı aktyor: Metyu Makkonehi (Dallas Buyers Club – Sərhədsizlər klubu)

Ən yaxşı ikinci dərəcəli aktyor: Cerid Leto (Dallas Buyers Club)

Ən yaxşı ikinci dərəcəli aktrisa: Lupita Nyonqo (12 Years a Slave)

Ən yaxşı operator: Emmanuel Lubezki (Gravity)

Ən yaxşı film rəssamı: Ketrin Martin (The Great Gatsby – Möhtəşəm Getsbi)

Ən yaxşı qrim və saç düzümü: Odrisa Li, Robin Metyu (Dallas Buyers Club)

Ən yaxşı qısa animasiya: Mr.Hablot (Lorent Vitz və Aleksandr Espiqares)

Ən yaxşı animasiya: Frozen (Dondurulmuş)

Ən yaxşı vizual effekt: Tim Veber və Brayn Koks (Gravity –Cazibə)

Ən yaxşı qısa film: Helium (Anders Volter və Kim Maqnusson)

Ən yaxşı qısa sənədli film: The Lady in Number 6 (6 nömrəli qadın) (Malkolm Klark və Nikolas Rid)

Ən yaxşı sənədli film: The Great Beauty (Möhtəşəm gözəllik) (Paulo Sorrentino – İtaliya)

Ən yaxşı səs miksajı: Gravity – Cazibə (Skip Levsi)

Ən yaxşı səs qurğusu: Gravity – Cazibə

Ən yaxşı qurğusu: Gravity – Cazibə (Alfonso Kuaron və Mark Senqer)

Ən yaxşı istehsal dizaynı: Ketrin Martin və Beverli Din (Möhtəşəm Qetsbi)

Ən yaxşı orijinal musiqi: Stiven Prays (Cazibə)

Ən yaxşı mahnı: Let it go (Kristen Anderson Lopez – Dondurulmuş animasiya filmiylə)

Ən yaxşı uyğunlaşdırma ssenarisi: Con Ridli (12 illik əsarət)

Ən yaxşı xüsusi ssenari: Spayk Cons (Onu)

Tarix
2014.03.03 / 11:57
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla