Yuxarı

Azərbaycanlının maşınına bomba yerləşdirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bazar günü Gürcüstanın Marneuli rayonunda bomba həyəcanı yaşanıb.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, Marneuli şəhərinin mərkəzi meydanında rayon Ədliyyə Evinin və "SOCAR Gerorgia" şirkətinə məxsus benzindoldurma məntəqəsinin yaxınlığında SSM 112 dövlət nömrə nişanlı "Mersedes" markalı avtomobilə bomba yerləşdirilib.

Avtomobilin sahibi Hüseyn Hüseynov maşında bomba olduğunu bilən kimi patrul xidməti əməkdaşını məlumatlandırıb.

Dərhal hadisə yerinin yaxınlığında olanlar təxliyə edilib, əraziyə yanğınsöndürmə və təcili yardım briqadaları cəlb edilib. Rayon mərkəzində yollar bağlanıb. Bir müddət sonra partlayıcı qurğu zərərsizləşdirilib.

Avtomobilin sahibi, Marneuli şəhər sakini Hüseyn Hüseynov deyib ki, o, rayonun Rustaveli küçəsində maşınını saxlayaraq, dərman almaq üçün yol kənarındakı aptekə girib. Çıxanda isə tanımadığı şəxslərin maşınının siqnalizasiya yerinə yaxın partlayıcı qurğu yerləşdirdiklərini bilib və polis patrul xidmətinə xəbər verib.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Tarix
2014.03.02 / 19:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla