Yuxarı

Beş türk partiyası kürd şəhəri üçün ittifaq yaratdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Bitlis bölgəsində 30 martda keçiriləcək yerli seçkilər öncəsi DP, CHP, MHP, BBP və DSP partiyaları birləşmə qərarı alıb.

"Axar.az" xəbər verir ki, bu informasiyanı Türkiyə mətbuatı yayıb.

CHP Bitlis Bələdiyyə başqan namizədi Kamal Uçar son dövrlərdə şəhərdəki siyasi partiya nümayəndəriylə bir araya gəldiklərini bildirərək, keçirdikləri görüşlərdən sonra birləşmə qərarıyla seçki günü Bitlisdən gözəl nəticələr alacaqlarını deyib.

DP bölgə başqanı Ziya Yoldaş da keçirdikləri görüşlər nəticəsində Bitlisdə 30 mart yerli seçkilər öncəsi birləşmə qərarı aldıqları məsələsinə toxunaraq Bitlis xalqının tələbi ilə bu qərara gəldiklərini dilə gətirib.

MHP Bitlis Bələdiyyə başqan namizədi Çingiz Ekin isə bu qərarın Bitlisin gələcəyinə xidmət edəcəyini qeyd edib.

BBP bölgə başqanı Zeydin Dayan da Bitlisə sevdalı və xidmət aşiqi olduqlarına toxunaraq ən yaxşı namizədi təyin edib Bitlis üçün canla-başla işləyəcəklərini bildirib.

Tarix
2014.03.02 / 19:05
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla