Ana səhifə Toplum |
Aydındır ki, kitab satışı ölkədə problem olaraq qalır. Bunun obyektiv və subyektiv səbəbləri var. Yazarlarımız daima oxucu qıtlığından bəhs ediblər. Maraqlıdır, görəsən tanınmışlarımız özləri büdcələrindən kitaba pul ayırırlarmı?
"Axar.az" olaraq keçirdiyimiz sorğunu oxucularımıza təqdim edirik.
Dinlə
AYB-nin üzvü, şair Maarif Soltan keçirdiyimiz sorğuya "Kitab almağım yadıma gəlmir, bu lap çoxadan olub", - desə də, yazıçı Zəka Vilayətoğlu bu günlərdə aldığı kitabın Vladimir Nabokovun "Lolita"sı olduğunu dedi.
Azadlıq Partiyasının sədri Əhməd Oruc həm kitab almağın, həm də oxumağın tərəfdarı olduğunu dedi: "Bir ay bundan qabaq "Əli və Nino", fevralın son günü isə "Məntiq" kitabına almışam. Mən kitaba həmişə pul xərcləmişəm".
Şair Həyat Şəmi isə axrıncı aldığı kitabın Selmanur Surqutun "Dinlə" kitabı olduğunu və bu kitaba 10 manat verdiyini bildirdi.
"Qarabağ Dekameronu"
Tanınmış jurnalist Çingiz Sultansoy da kitaba pul xərcləyənlərdəndir: "Axrıncı aldığım kitab Rasim Qaracanın 11 hekayədən ibarət "Qarabağ Dekameronu" olub. Kitabın birini müəllif özü mənə hədiyyə etmişdi, birini də özüm aldım ki, hədiyyə edim, etdim də. Bu gün ədəbiyyatımızın təbliğinə də vaxt və vəsait ayırmalıyıq".
Masonluq - Dünyanı idarə edən qüvvə
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı da kitab mağazalarından üz döndərmədiyini dedi:
"Azərbaycan Əmək Məcəlləsini və Darya Dontsovanın, Cek Londonun, Varisin və Elxan Elatlının kitablarını alıb. Sultan Məmmədovun "Masonluq - Dünyanı idarə edən qüvvə" kitablarını aldığını dedi.
Pivənin pulunu axmaq-axmaq şeylərə xərcləmirəm
Tanınmış yazar Şərif Ağayar: "Mən pivənin pulunu axmaq-axmaq şeylərə xərcləmirəm. Pivə baha deyil, sevirəm o içkini. Yabı kimi içirəm pivəni... Quru balıq və NZS elə bil yazdığım romandır. Onun həzzini mənə verir. Amma balıq xəşəm olsun... Sizə də bir dilim uzadaram", - dedi.
Jurnalist Nurəddin Heydərov sorğumuza cavab olaraq sonuncu dəfə Verner Mazerin "Adolf Hitler" kitabını aldığını bildirdi.
Kağıza allergiyam var
Şair Saday Şəkərli sualımızı fərqli şəkildə cavablandırdı:
"Kağıza allergiyam var, gözlərimdən su axır, asqırıram, lazım olanları elektron variantda oxuyuram. Digər tərəfdən, tez-tez mənzil dəyişdiyimdən kitabxanam dəfələrlə dağılıb, bir dəfə də dünya klassiklərindən ibarət 200-dən artıq kitabımı oğurlayıblar".
Şair sonuncu dəfə bir il qabaq bir gündə doqquz kitab aldığını da qeyd etdi.
Kitaba pul xərcləmək çox vacibdir
Şair Vüqar Əhməd Seyran Səxavətin "Yəhudi əlifbası", "Bəhanə"
romanlarını ,"Yazıçılar Ensiklopediyası - Cənubi Azərbaycan
ədəbiyyatı"nın 3 nüsxəsini, övladları üçün testlər və dərs
vəsaitlərini pulla aldığını qeyd etdi:
"Ümumiyyətlə, isə AMEA-da biz bir-birimizə öz kitablarımızı
bağışlamaqla bir növ mübadilə edirik, kitabxanamızı
zənginləşdiririk, amma kitaba pul xərcləmək çox vacibdir".
"Əsir qadın"ı Təbrizə göndərdim
Şair Fərqanə Mehdi də kitab almaqla arasının yaxşı olduğunu dedi: "Bu günlərdə "Zero" kitab evindən Cavid Zeynallinin "Leyla" romanını aldım. Bir də təbrizli dostlar məndən Meyxos Abdullahın "Əsir qadın" kitabını istəmişdilər. Bu günlərdə bir-neçəsini alıb göndərdim".
Tarix
2014.03.02 / 12:10
|
Müəllif
Lalə Novruzlu
|