Yuxarı

"Total" şirkəti "Şahdəniz" layihəsindən çıxa bilər

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın "Total" şirkəti Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsində səhmlərinin bir hissəsini və ya hamısını sata bilər.

Hazırda "Total" konsorsiumun tərkibində "Şahdəniz" və Cənubi Qafqaz Boru Kəməri layihələrində 10 faizlik səhmə sahibdir.

"Nefte Compass"in yazdığına görə, dünən BP şirkəti nümayəndələrinin Türkiyənin energetika naziri Taner Yıldızla keçirdiyi görüş zamanı "Botaş" dövlət boru şirkətinin (Türkiyə) "Şahdəniz" layihəsinə qoşulması ehtimalına dair razılaşma əldə olunub.

Qeyd olunur ki, "Şahdəniz"in işlənməsi layihəsi çərçivəsində tərəfdaşların "Total"ın payını almaq üzrə prioritet hüquqlarından istifadə etməsi çətin görünür. "Total" isə səhmlərini "Botaş"a satmaq niyyətindədir.

Qeyd edək ki, "Şahdəniz"də iştirak payları belədir: BP (operator - 28,8%), ARDNŞ (16,7%), Statoyl (15,5%), LUKOYL (10%), NİKO (10%), Total (10%) və TPAO (9%).

Yatağın ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir. (Trend)

Tarix
2014.03.02 / 10:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla