Yuxarı

”Rus hərbçiləri Krıma həmişəlik gəliblər” - Eksklüziv

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada və Krımda baş verən hadisələrlə bağlı "Axar.az"ın suallarını Krım Azərbaycanlıları Diaspor Təşkilatının rəhbəri Rəhim Hümbətov cavanlandırır.

Strateji obyektlər naməlum hərbçilərin əsarətindədir

- Krımda vəziyyət hazırda necədir?

- Gərgin olaraq qalmaqdadır. Praktiki olaraq yarımada boyunca hərbi maşınlar, BTR-lər hərəkət edir. Strateji obyektlər hərbi formalı naməlum şəxslər tərəfindən mühasirəyə alınıb.

- Bəs Ukrayna güc strukturları hardadır?

- Ukrayna parlamentinin üzvü Pyotr Poroşenko dünəndən Krıma gəlib. O, Ukrayna hakimiyyəti tərəfindən danışıqların aparılmasına təhkim edilib. Poroşenko hətta bildirdi ki, danışıqlara mühafizəçisiz gəlib. Xatırladım ki, yarımadada Ukrayna güc strukturu nümayəndələrinə rast gəlmək mümkün deyil. Görünür, mərkəzi hakimiyyət məsələni dinc yolla həll etməyə çalışır. Yəqin məlumatınız var, BMT Ukraynanın ərazi bütövlüyünə hörmət etməyə çağırdı, ABŞ prezident Barak Obama bu anneksiyanı qınayan bəyanatla çıxış etdi.

Küçədən güllə səsləri eşidilir

- Dünən Türkiyə Xarici İşlər naziri Əhməd Davudoğlu Ukraynaya gəldi. Verilən məlumata görə, o, Krım tatrlarının liderlərindən biri Mustafa Krımoğlu ilə görüş keçirib. Nələr müzakirə olunub?

- Davudoğlu hələ Krıma gəlməyib. Hansı nəticələr olacaq, deyə bilmərəm. Bu arada avropalı rəsmilərin Krıma səfərləri gözlənilir. Ancaq onlardan kiminsə gəlməyi barədə hələ məlumat yoxdu.

- Küçələrdə güllə səsləri eşidilirmi? Ölənlər, yaralılar barədə səhih məlumata maliksinizmi?

- Güllə səsləri hərdən eşidilir, amma ölən yoxdur.

Yəhudilərə ölüm!

- Krımın rus və tatar əhalisinin qarşılıqlı münasibəti necədir?

- Bu yöndə vəziyyət hələ ki, stabildir. Lakin səhər saatlarında Krım Yəhudiləri Assosiasiyasının rəhbəri Anatoli Qendin mənə məlumat verdi ki, sinaqoq qapılarına təhqiredici işarələr çəkiblər. Naməlum şəxslər "yəhudilərə ölüm" şüarları yazıblar. Düşünürəm ki, Krım tatarları düzgün mövqe tutaraq, özlərinin münaqişəyə sürüklənməsinə imkan vermirlər. Onlar iri aksiyalar keçirmilər, sadəcə, kiçik bölmələr məscid və önəmli obyektləri mühafizə edirlər. Hələlik Krım xalqları arasında qarşıdurma yoxdur.

Yarımada bütövlükdə rusların əlindədir

- Vladimir Jirinovski gəlmişdi və olduqca qalmaqallı açıqlama verdi. Sakinlərin reaksiyasını öyrənmək maraqlı olardı...

- İnsanlar Jirinovskini yaxşı tanıyırlar. Heç kim müharibə istəmir. Onun sözlərinə baxan yoxdu.

- Amma onu alqışlarla qarşıladılar...

- O, Sevastopola gəlmişdi. Bildiyiniz kimi, bu şəhərin əhalisinin əksəriyyəti ruslardır. Orda, demək olar ki, Krım tatarları yoxdu.

- Ola bilərmi ki, bu şəhər separatçı rusların hərbi məntəqəsinə çevrilsin?

- Buna ehtiyac da yoxdu. Çünki yarımada onsuz da bütövlükdə rusların əlindədi.

- Rus hərbi qoşunlarının Krımdan çıxarılmasını proqnozlaşdıra bilərsinizmi?

- İnanın, demək çətindi, proqnoz vermək də mümkünsüzdü. Amma bir məqamı aydın görmək olar ki, deyəsən, rus hərbçiləri bura birdəfəlik gəliblər. Ukraynaya məxsus hərbi hissələri ələ keçirirlər. Əlavə qüvvələr gətirilir.

Əli silahlılar heç kimlə danışmır

- Son günlərin təkrar-təkrar verilən suallarından: küçələrdəki əli silahlı hərbçilər niyə sadə insanlarla danışmırlar?

- Ona görə ki, onlara elə tapşırıq verilib. Deyilib ki, yalnız tapşırıqlarını yerinə yetirsinlər.

- Onlar yerli ruslarla da danışmırlar?

Tatarlar yeni hökuməti legitim saymır

- Praktiki olaraq, heç kimlə...

- Krımdakı ruslar deyir ki, Kiyevdəki yeni iqtidarı qəbul etmirlər və onların tələblərini yerinə yetirməyəcəklər. Bəs, tatarlar nə deyir bu barədə?

- Krım tatarları başdan olduğu kimi, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirlər. Amma əlavə edim ki, Krım Tatarları Məslisi yarımadadakı yeni hökuməti legitim saymırlar.

- Ruslar buna görə, tatarları qınayırlarmı?

- İnsanlar başa düşür ki, hər bir tərəfin öz mövqeyi var...

Tarix
2014.03.01 / 23:09
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla