Yuxarı

Bakının küçə işıqları qlobal istiləşmə yaradır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının mərkəzi küçələrində işıqlandırılma problemi həll olunsa da, şəhərətrafı qəsəbə yollarının işıqlandırılması problem olaraq qalır. Amma hazırda toxunacağımız məsələ küçələrin az işıqlandırılması problemi deyil, əksinə, daha çox, gündüz vaxtı da "işıqlandırılması"dır.

"Axar.az" olaraq məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin tabeçiliyində olan "Bakı şəhər küçə işığı" Elektrik Şəbəkə müəssisəsinin direktoru Məhərrəm Babayevlə iki gün ərzində dəfələrlə əlaqə saxlamağa çalışsaq da, onun köməkçisi Mehriban xanım direktorun hər gün saat beşdə işə gəldiyini bildirdi. Həmin saatlarda da cəhd etdik, yenə cəhdimiz boşa çıxdı. Beləliklə, Bakının işıqlandırılmasına cavabdeh olan rəsmi şəxsin iki günlük axtarışdan sonra tapılmaması, əslində bütün suallarımıza cavab verdi.

Bu məsələ ilə bağlı iqtisadçı Vüqar Tofiqli ilə də əlaqə saxladıq və bu kimi halların iqtisadi baxımdan nə qədər ziyanlı olduğu haqda onun da rəyini öyrəndik. O, bildirdi ki, bu işə müvafiq strukturlar, yəni Bakı Elektrik Şəbəkənin işçiləri cavabdehdir: "Təbii ki, bu, israfçılıqdır. Hansı ərazidə işıqlar gündüz vaxtı söndürülmürsə, həmin əraziyə baxan şəxslər ciddi şəkildə cəzalandırılmalıdır. Bir də bu kimi halların qarşısını almaq üçün daimi monitorinqlər aparılmalıdır".

Bir dəqiqəylə də qlobal isinmənin qarşısını almaq olar

Küçə və parklarda işıqların söndürülməmisi həm də ekoloji cəhətdən təhlükəlidir. Qlobal istiləşmənin yer kürəsinə yarada biləcəyi təhlükənin aktual olduğu bir dönəmdə belə məsuliyyətsizliyin fəsadları haqqında öyrənmək üçün ekoloq Telman Zeynalova müraciət edik. O, bildirdi ki, bu doğrudan da ekoloji cəhətdən çox təhlükəldir: "İşıqlar söndürülməlidir, çünki onlar yüksək istilik verir ki, bu da bütünlükdə ziyandır. Hətta siz bilirsiniz ki, qlobal isinmənin aktuallaşdığı bir vaxtda Avropada bəzən böyük şəhərlərində bir dəqiqəliyə işıqları söndürməklə düşünürlər ki, qlobal isinmənin qarşısını almaq olar. Belə olan halda Bakıda küçə işıqlarının və parklardakı lampaların söndürülməməsi həm iqtisadi, həm də ekoloji cəhətdən təhlükəlidir".

Tarix
2014.03.01 / 16:32
Müəllif
Gülnarə Kərimova
Şərhlər
Digər xəbərlər

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla