Yuxarı

Rus politoloq: “Qərb Azərbaycanı Qarabağ müharibəsinə çəkəcək”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynada özəlliklə də Krımda yaşanan hadisələrin Cənubi Qafqaza keçmək təhlükəsi var. Bununla bağlı isə əsas açıqlamaları rus politoloqları verirlər. Regionumuzun gələcək taleyi ilə bağlı proqnozları öyrənmək üçün "Geopolitika" jurnalının baş redaktoru Leonid Savinə müraciət etdik

- Bəzi politoloqlar Ukraynanın beş yerə parçalacağını deyirlər. Bunların əksəriyyətini sizin rus ekspertləri təşkil edir. Bəs siz bu məsələyə necə proqnoz verərdiniz?

- Beş hissə, sadəcə, misaldır. Hazırda əsas mübarizə Kiyevin qeyri-legitim hakimiyyətinə tabe olmayan bölgələrlə cənub-şərq regionları arasında gedir. Hətta 1991-ci ildən özlərinə muxtariyyət tələb edən Karpat vilayətində yaşayan rusların özlərini müstəqil elan etmək üçün fiziki imkanları yoxdur. Hər şey ən kiçik təhlükəsizlik problemlərini həll etmək iqtidarına sahib olmayan hökumətdən yox, yerlərdə xalqın özünü dərk etməsindən asılıdır.

Rusiya Krıma girəcək

- Rusların Krıma daxil olduğu haqqında məlumatlar KİV-də əsas mövzuya çevrilib. Rusiya Krım uğrunda savaşacaqmı?

- Krımda Rusiyanın ən böyük hərbi bazalarından biri Qara dəniz hərbi donanması yerləşir. Ona görə də rus döyüşçülərinin orada Ukraynanın əvvəlki hökumətləri ilə əldə etdiyi razılaşma nəticəsində burada yerləşdirildiyini söyləmək doğru olardı. Hazırda Kreml Krımda Rusiya pasportlarının alışını sadələşdirməklə diplomatik addım atmağa çalışır. Amma bu, Rusiya tərəfindən çox gecikmiş addımdır. Əgər ukraynalı millətçilər situasiyanı daha da inkişaf etdirsələr, yəni qızışdırsalar (bu, əvvəlki anlarda belə olmuşdu) qan töküləcək. Onda isə Rusiya Krımda öz vətəndaşlarını qorumaqdan ötrü buraya ordu yeridəcək. Necə ki, bunu 2008-ci ildə Cənubi Osetiyada etmişdi.

Dünyadakı ruslar oyanırlar

- Amma məncə, Rusiya artıq Ukraynanı, ümumilikdə isə oyunu uduzub.

- Necə deyərlər "hələ heç bir şey itirilməyib". Ölkədə yaranacaq qarşıdurmaların yeni mərhələsi başlayır. Aydındır ki, Qərb Rusiyaya müntəzəm olaraq müxtəlif istiqamətlərdə hücum edəcək. Cavablar aktiv hərəkətlərlə müşahidə olunmalıdır, reaktiv və asimmetrik fəaliyyətlərlə yox. Bundan başqa isə Ukrayna uğrunda savaş rus dünyası üçün katalizatora çevrilib və rusların yaşadığı digər yerlərdə geniş mənada oyanmasına səbəb olub.

Vəhabiləri Qərb Qafqazda qızışdıracaq

- Yəni Ukraynadan sonra Qərblə Rusiya arasında savaş Qafqazda davam edəcək.

- Bu mübarizə isə orada gedir və həmişə də olub. Sual sadəcə, metodlardadır. Yəni burada yumşaq silahın gücündən istifadə ediləcək, yoxsa Saakaşvili tipindəki kimi aqressiyadan. Paralel olaraq sələfi terrorçularının aksiyaları da davam edəcək. Nəzərə alsaq ki, Suriyada hazırda Cənubi və Şimali Qafqazdan döyüşçülər vuruşur və onların vətənlərinə dönməsi yalnız onsuz da ağırlaşmış situasiyanın bir az da qızışması ilə nəticələnə bilər. Bundan əlavə isə Qərb Cənubi Qafqaz ölkələrinin daxili işinə insan haqları və azadlıqlarının qorunması adı altında müdaxilə edəcək. Paralel olaraq isə "Açıq cəmiyyət fondu"nun strukturu tipində transmilli kapital fəaliyyətə keçəcək. Ümumilikdə şəbəkə müharibələri nəzəriyyələri fonunda fəaliyyət planı olacaq.

Qarabağda savaşı qızışdıracaqlar

- O zaman Qafqaz uğrunda savaşda biz hansı ssenariləri müşahidə edə bilərik? Məsələn, Qarabağ konfliktinin qızışdırılması ola bilərmi?

- Məncə, Qərb Azərbaycanda vəziyyəti qarışdıracaq ki, Qarabağ konfliktində yaranmış düyünləri aça bilsin. Bu məqamda isə etiraz əhval-ruhiyyəsinin kifayət qədər aydın müşahidə olunduğu Azərbaycan cəmiyyətində vəziyyəti dəyişdirməkdən ötrü Qərb məsləhətçiləri ölkəni idarə edən elitanın itirilmiş əraziləri geri qaytarmaqdan ötrü silahlı konfliktə daha çox diqqət ayırmasına çalışacaq. Bu hiylələr millətçilər epoxası zamanı – 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində işləyirdi. Bəs indi necə? Olduqca mümkün ola bilən bir şeydir. Gürcüstanı xatırlayın. Saakaşvili Cənubi Osetiyaya müharibə elan eləyəndə hamı küçəyə çıxmışdı.

- Bəs bu, konfliktin həllinə kömək edəcəkmi?

- Mənə elə gəlir ki, konflikt yalnız Azərbaycan və Ermənistan bir milli təşkilatın tərkibində birləşdikləri zaman həll oluna bilər. Məsələn, Avrasiya İttifaqı.

Tarix
2014.03.01 / 16:05
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla