Yuxarı

BSU Kamal Abdulla şokunu yaşayır - Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazıçı, AMEA üzvü Kamal Abdullanın Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad olunaraq, Dövlət müşaviri təyin olunması BSU-da narahatlıqla qarşılanıb.

"Axar.az"ın BSU-dan aldığı məlumata görə, onlarla istedadlı yazarı, alimi və ziyalını xüsusi himayə ilə universitetdə saxlayan Kamal Abdullanın gözlənilmədən Dövlət müşaviri vəzifəsinə təyinatı və universitetdən ayrılması bir çoxlarında ruh düşkünlüyü yaradıb. Hətta xəbəri alan kimi rektorluğun qarşısında böyük bir izdiham yaşanıb. İzdiham yeni və daha yüksək vəzifə alan Kamal Abdullaya təbrik yox, daha çox, "niyə getdiniz" sualı ətrafında olub.

Hamının qüssəli görkəminə isə Kamal Abdulla yalnız bircə kəlmə ilə cavab verib:

- Niyə narahatsız axı! Mən sizdən ayrılmıram!

Bundan sonra K.Abdulla işinin çox olmasını deyərək, otağına çəkilib.

Məlumatı uzun müddətdir Kamal Abdulla ilə iş yollarını birləşdirən Azərbaycanın istedadlı və tanınmış yazarlarından dəqiqləşdirməyə çalışdıq.

Bu haqda çox danışmaq istəmirəm

"Kamal Abdulla vəzifəsindən və işindən asılı olmayaraq, Azərbaycan üçün faydalı, xeyirli insandı. Söhbət onun cəmiyyətə xeyrindən gedirsə, onun harada işləməyinin heç bir fərqi yoxdu".

Bu sözləri "Axar.az"a açıqlamasında şair Salam Sarvan dedi. Ədəbi mövzu olmadığı üçün bu haqda geniş danışmaq istəməyən şair yazıçı dostuna yeni işində uğurlar arzuladı.

Sadəcə, təəssüf edirəm

Yazıçı-şair Etimad Başkeçid isə Bakı Slavyan Universitetinin belə bir insanı itirdiyinə təəssüfləndiyini etiraf etdi:

"Bu gün çox yerdə, hər sahədə Kamal Abdulla kimi bir insana ehtiyac var. O harada işləməsindən asılı olmayaraq, öz işini namusla yerinə yetirən biridir. Getdiyi hər yerdə gənc kadrları öz yanına çəkir. Belə insan necə sevilməyə bilər?! Bu gün Bakı Slavyan Universiteti birincilər sırasında olmasını Kamal Abdullaya borcludur. O bizim başımızın tacıdır. Hamı sevir Kamal müəllimi. Xətrini çox istəyirəm... Getməyinə çox təəssüf edirəm. Amma… Yeni işində bol şans diləyirəm bu böyük insana".

O, bizim dostumuzdur

Gənc şair Kəramət Böyükçöl:

"Kamal müəllim mənim üçün böyük şəxsiyyətdir. Gözəl insan, dəyərli yazıçıdır. Gənc istedadların himayədarı, dostudur. Düzünə qalsa, BSU-dan getməyindən məyus deyiləm, əksinə, Dövlət müşaviri kimi önəmli bir vəzifəyə təyin edilməsinə sevinirəm. Əminəm ki, Kamal müəllim orda da BSU-dakı qədər seviləcək".

Qeyd edək ki, Prezident İlham Əliyevin fevralın 28-də imzaladığı sərəncama əsasən, Kamal Abdulla Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad olunub və millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri vəzifəsinə təyin edilib.

Tarix
2014.03.01 / 13:30
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla