Yuxarı

Tibb Universitetinin yataqxanasında yanğın – Foto/Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:27

Azərbaycan Tibb Universitetinin 5 nömrəli yataqxanasında yanğın baş verib.

"Axar.az" xəbər verir ki, yanğın nəticəsində üç nəfər zəhərlənib.

Yanğının yataqxananın dördüncü mərtəbəsində müşahidə olunduğu bildirilib. Yanğından baş verən yataqxanada Tibb Universitetində təhsil alan xarici vətəndaşlar yaşadığından xəsarət alanlar da xarici vətəndaşlardır. Onlardan birinin Türkiyə, digərinin isə İspaniya vətəndaşı olduğu təxmin edilir. Üçüncü şəxsin kimliyi isə hələ də bəlli deyil. Yanğının qarşısı Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən alınıb.

Yanğının söndürülməsindən yarım saat sonra tibb işçiləri hadisə yerinə çatıblar. Hazırda zəhərlənən vətəndaşların 1 nömrəli şəhər xəstəxanasına yerləşdirildiyi bildirilir.

11:14

11:20

Tibb Universitetinin yataqxanasında baş verən yanğın ilə bağlı Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb.

"Axar.az" nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda səkkizmərtəbəli binanın 4-cü mərtəbəsində ümumi sahəsi 17 kv.m olan 1 otağının yanar konstruksiyaları 15 kv.m sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı otaqda olan 2 nəfər tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas olunaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib və binanın 3-cü, 4-cü və 5-ci mərtəbələrindən 20 nəfər təxliyyə olunub. Otağın qalan hissəsi və qonşu otaqlar yanğından mühafizə olunub. Yanğın saat 10:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Tarix
2014.03.01 / 11:20
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla